Vatikan Zelenskiyə görə protokolu pozdu
Bu ölkələr arasında döyüşlər başladı? -VİDEO
İranda təkrar partlayış olub -VİDEO
Prezident Çinlə viza rejiminin ləğvinə münasibət bildirib
BakuBus sürücüsü piyadanı döyüb -VİDEO
Şavkat Mirziyoyev İlham Əliyevə zəng edib
“Dünəndən ev, ailə, uşaqlarla maraqlanıram“
Dünya liderləri Roma Papası Fransisklə vidalaşır
Ərdoğan gələn ay Azərbaycana səfər edəcək
Daha 3 şəxs Rusiyadan Azərbaycana ekstradisiya olundu


06.08.2017  15:58 

Əli Həsənov nəvəsinin qəzaya düşməsindən DANIŞDI





A+  A-

Baş nazirin müavini, "Qaçqınkom” sədri Əli Həsənov bu dəfə medianın gündəminə nəvəsinin ölümlə nəticələnən yol qəzası törətməsi faktı ilə gəldi. Sosial şəbəkələrdə və mediada bu qəzaya görə, nəvədən daha çox babaya qarşı ağır ittihamlar irəli sürülür.
XəzərNews.az xəbər verir ki, gununsesi.info Əli Həsənovun özü ilə əlaqə saxlayaraq, olay barədə fikirlərini soruşub.

Əli Həsənov faciəyə səbəb olan qəza barəsində danışmaq istəmədiyini deyib: "Mən heç nə danışmaq istəmirəm. Mənim adımın mediada gündəmə gətirilməsinə gəlincə, hüquqi ölkədə məsuliyyət fərdidir. Çox istərdim ki, media nümayəndələri də bunu başa düşsün. Başqa deyəcəyim bir şey yoxdur”.

Avqustun 3-də Heydər Əliyev prospektində iki nəfərin ölümü və iki nəfərin yaralanması ilə nəticələnən qəzada "Galendevagen” markalı avtomobilin sürücüsü müəyyən olunub.

Məlum olub ki, sükan arxasında "Qaçqınkom” rəhbəri Əli Həsənovun nəvəsi Nail Allahverdiyev olub.
DİN həmin gəncin cinayət məsuliyyətinə cəlb olunacağını bəyan edib.

Xəbər 1224 dəfə oxunub.



25.04.2025  11:21 

18 yaşın mübarək, Qaynarinfo!


BÜTÜN XƏBƏRLƏR +