Daha 3 şəxs Rusiyadan Azərbaycana ekstradisiya olundu
Əvəz Zeynallının azadlıqda İLK FOTOSU
Vilayət Eyvazov iclas keçirdi, tapşırıqlar verdi
Azərbaycan milli mətbuatının 150 illik yubileyi keçiriləcək
İlham Əliyev ATƏT-in Baş katibini qəbul edib
Azərbaycan Pakistanı dəstəkləyir - Politoloq
İran Donald Trampı aradan götürmək istəyir
İcra hakimiyyəti Novruz şənliyi üçün apreldə tender keçirib
Meyxanaçı həbs edilib - Gəncədə...
Yarım milyonluq kibercinayətkarlıq - Bakıda...


16.06.2019  14:48 

“Tüpürdüyümüzü yalamaq bizə yaraşmaz” - Ərdoğan





A+  A-

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Düşənbədə keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirəsinin sammitindən qayıdarkən təyyarədə jurnalistlərin suallarını cavablandırıb.
XəzərNews.az “Hürriyet”ə istinadən xəbər verir ki, Ərdoğan Rusiyadan alınan “S-400” raket kompleksindən və Amerikanın Türkiyəni bu alış-verişdən yayındırmaq cəhdindən danışıb. “S-400-dən vaz keçməyəcəyik. Həmişə demişəm, bura qəsəbə dövləti deyil, Türkiyə Cümhuriyyətidir. İmzanı atmışıq, hər şey bitib. Rusiya bizə verəcəyi kreditdə hər cür güzəşti edib. İndi tüpürdüyümüzü yalasaq, dövlət tərbiyəmizə uyğun gəlməz, mənim də dövlət rəhbərliyimə yaraşmaz”.

Ərdoğan hazırda 4 ədəd də F-35 təslim aldıqlarını bildirib: “Hazırda Arizonadadırlar. Generalımızı göndərdik, pilotlar təlim gördülər. Durub “təyyarələri verməyəcəyik” demək ABŞ hökumətinə yaraşmaz. G20 zirvəsində cənab Trampla bu məsələsini ətraflı müzakirə edəcəyik”.

Xəbər 1561 dəfə oxunub.




25.04.2025  11:21 

18 yaşın mübarək, Qaynarinfo!

25.04.2025  11:17 

Prezident Kaya Kallası qəbul etdi


BÜTÜN XƏBƏRLƏR +