Prezident Çinlə viza rejiminin ləğvinə münasibət bildirib
BakuBus sürücüsü piyadanı döyüb
Şavkat Mirziyoyev İlham Əliyevə zəng edib
“Dünəndən ev, ailə, uşaqlarla maraqlanıram“
Dünya liderləri Roma Papası Fransisklə vidalaşır
Ərdoğan gələn ay Azərbaycana səfər edəcək
Daha 3 şəxs Rusiyadan Azərbaycana ekstradisiya olundu
Əvəz Zeynallının azadlıqda İLK FOTOSU
Vilayət Eyvazov iclas keçirdi, tapşırıqlar verdi
Azərbaycan milli mətbuatının 150 illik yubileyi keçiriləcək


15.03.2017  16:38 

Nəqliyyatın Hərəkətinə Nəzarət Zonaları yaradılacaq





A+  A-

May ayının 12-22-də Bakı şəhərində keçiriləcək IV İslam Həmrəylik Oyunları zamanı nəqliyatın hərəkəti dəyişdiriləcək.
XəzərNews.az xəbər verir ki, bu barədə Bakı şəhər İcra Hakimiyyətində oyunlarla bağlı keçirilən mətbuat konfransında Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev bildirib.
IV İslam Həmrəylik Oyunları zamanı Nəqliyyatın Hərəkətinə Nəzarət Zonaları yaradılacaq. Bu zonalara xüsusi buraxılış vəsiqələri olan nəqliyyat vasitələri daxil ola biləcək.
“Buraxılış vəsiqəsi olmayan digər nəqliyyat vasitələrinin bu zonaya daxil olmasına icazə verilməyəcək. Yarış məkanlarından Bayıl Arena, Ağır Atletika Akademiyası/AZAL Arena, Tennis Akademiyası əraizisində sakinlərin və biznes obyektlərinin fəaliyyət göstərdiyini nəzərə alaraq, onların bu əraziyə girişini təmin etmək məqsədilə giriş-çıxış icazəsi veriləcək.

Digər yarış məkanlarında Nəqliyyatın Hərəkətinə Nəzarət Zonalarında yaşayış binalarının və şirkətlərin olmadığını nəzərə alaraq, bu ərazilər üçün heç bir buraxılış nəzərdə tutulmayıb.
İcazələr Bakı şəhər İcra Hakimiyyəti tərərindən veriləcək. Bunun üçün sözü gedən yaşayış məkanlarının ətrafında tətbiq olunacaq Nəqliyyatın Hərəkətinə Nəzarət Zonalarında yaşayan sakinlər və fəaliyyət göstərən şirkətlər müvafiq rayonların Mənzil İstismar Sahələrində (MİS) 14-31 mart tarixlərində qeydiyyatdan keçməlidir.
Bundan başqa, Oyunlar zamanı bütün yaşayış məkanlarının ətrafında nəqlliyyat vasitələrinin parklanmasına məhdudiyyətlər qoyulacaq. Bu ərazilər polis əməkdaşları tərəfindən nəzarətdə saxlanılacaq və park olunan avtomobillər təxliyyə edilərək cərimə meydançalarına aparılacaq. Ümumilikdə, Nəqliyyatın Hərəkətinə və Parklanmaya Nəzarət Zonaları 1-25 may tarixlərində fəaliyyət göstərəcək və bu müddət ərzində şəxsi avtomobili olan vətəndaşlara ictimai nəqliyyatdan istifadə etmələri tövsiyə olunur".

Xəbər 1919 dəfə oxunub.




25.04.2025  11:21 

18 yaşın mübarək, Qaynarinfo!

25.04.2025  11:17 

Prezident Kaya Kallası qəbul etdi


BÜTÜN XƏBƏRLƏR +