Sabiq məmurun oğlu məhkəmə qərarından narazıdır
Cərimələrdən toplanan vəsaitin 50 faizi hərbçilərə veriləcək
“Kliniki Tibbi Mərkəz”də nöqsanlar aşkarlandı
Rusiya Hacı Zülfüqarı Azərbaycana vermədi
19 ildən sonra ilk dəfə cinsi əlaqədə oldu
Selin aldığı can: Şirkət rəhbərinin həbsi tələb edilir
Yemək şirkəti 1,8 milyona təbliğat aparacaq – Müəmma
Orduxan Teymurxan Baş Prokurorluğa çağırılıb
Nikopol atəşə tutuldu: 2 ölü, 5 yaralı var
Mənim uşağımın atası evlidir - Şok etiraf


13.04.2021  14:28 

Sarkisyanın qardaşı oğlu yenidən həbs olundu





A+  A-

Ermənistanın keçmiş Prezidenti Serj Sarkisyanın qardaşı oğlu Narek Sarkisyan yenidən həbs olunub.
XəzərNews.az xəbər verir ki, bu barədə Ermənistan Baş prokurorunun müşaviri Qor Abrahamyan öz feysbuk hesabında məlumat verib.

12 apreldə Ermənistan Kassasiya Məhkəməsi Baş Prokurorluğun apellyasiya şikayətini təmin edib və Sarkisyana qarşı qabaqlayıcı tədbir olaraq Apelyasiya Məhkəməsinin girov tətbiq edilməsi barədə qərarını ləğv edib.

Xatırladaq ki, bir müddət əvvəl silah, narkotik və saxtakarlıq haqqında cinayət işi çərçivəsində axtarışa verilən Narek Sarkisyan həm də “adam oğurluğu” maddəsi ilə ittiham olunur. 2018-ci ilin dekabrında “İnterpol” onun Franklin Gonzalez adlı pasportla Praqada gizləndiyini müəyyənləşdirib. Daha sonra Praqa məhkəməsi və Çexiya Ədliyyə Nazirliyi onun Ermənistana təhvil verilməsinə qərar verib. Sarkisyan qanunsuz silah saxlama, fırıldaqçılıq və insan oğurluğu ittihamlarını qəbul edib.

2019-cu ilin dekabrında İrəvana aparılan N. Sarkisyanla əlaqəli həbs qətimkan tədbiri seçilsə də, 13 noyabr 2020-ci ildə məhkəmə onu 50 000 dollar girov müqabilində sərbəst buraxıb.



Xəbər 1702 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +