Sabiq məmurun oğlu məhkəmə qərarından narazıdır
Cərimələrdən toplanan vəsaitin 50 faizi hərbçilərə veriləcək
“Kliniki Tibbi Mərkəz”də nöqsanlar aşkarlandı
Rusiya Hacı Zülfüqarı Azərbaycana vermədi
19 ildən sonra ilk dəfə cinsi əlaqədə oldu
Selin aldığı can: Şirkət rəhbərinin həbsi tələb edilir
Yemək şirkəti 1,8 milyona təbliğat aparacaq – Müəmma
Orduxan Teymurxan Baş Prokurorluğa çağırılıb
Nikopol atəşə tutuldu: 2 ölü, 5 yaralı var
Mənim uşağımın atası evlidir - Şok etiraf


02.06.2018  16:35 

Şahin Mustafayevin yeni müavinləri bəlli oldu





A+  A-

İqtisadiyyat nazirliyində yeni təyinatlar olub.
XəzərNews.az bildirir ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Şirzad Abdullayev və Rüfət Məmmədov Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən, nazir Şahin Mustafayevə müavin təyin olunublar.

Qeyd edək ki, R. Məmmədov 2010-cu ildən İqtisadiyyat Nazirliyində müdir müavini, 2011-ci ildən Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunda (AZPROMO) müxtəlif vəzifələrdə, son təyinatdan əvvəl isə AZPROMO-nun prezidenti vəzifəsində çalışıb.

Azərbaycan prezidentinin sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif edilib.

İngilis, rus və alman dillərini sərbəst bilir. Ailəlidir, 2 övladı var.

Ş. Abdullayev isə 2008-ci ildən İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun (SKMF) icraçı direktoru olub. Azərbaycan prezidentinin müvafiq Sərəncamları ilə “Dövlət qulluğunda fərqlənməyə görə” və “Tərəqqi” medalları ilə təltif edilib.

İngilis və rus dillərini bilir.

Ailəlidir, 3 övladı var.

Xəbər 1451 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +