Sabiq məmurun oğlu məhkəmə qərarından narazıdır
Cərimələrdən toplanan vəsaitin 50 faizi hərbçilərə veriləcək
“Kliniki Tibbi Mərkəz”də nöqsanlar aşkarlandı
Rusiya Hacı Zülfüqarı Azərbaycana vermədi
19 ildən sonra ilk dəfə cinsi əlaqədə oldu
Selin aldığı can: Şirkət rəhbərinin həbsi tələb edilir
Yemək şirkəti 1,8 milyona təbliğat aparacaq – Müəmma
Orduxan Teymurxan Baş Prokurorluğa çağırılıb
Nikopol atəşə tutuldu: 2 ölü, 5 yaralı var
Mənim uşağımın atası evlidir - Şok etiraf


30.04.2018  16:36 

“Kamillik” İB yeni layihənin icrasına başlayır





A+  A-

“Kamillik” Vətəndaşların Hüquqi Maarifləndirilməsi İctimai Birliyi “Azərbaycanda yaşayan xalqların mədəniyyətlərinin təbliği və dövlətin bu istiqamətdə gördüyü işlərin ictimailəşdirilməsinə dəstək” layihəsinin icrasına başlayır.
İB-dən XəzərNews.az-a verilən məlumata görə, AR Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçiriləcək layihə mayın 1-dən avqustun 31-dək davam edəcək.

Məlumatda bildirilir ki, layihə müxtəlif mədəni qrupları təmsil edən mədəniyyət mərkəzləri və cəmiyyətlərlə əməkdaşlıqdan, onların etnoqrafiyası, incəsənəti və ənənələrini əks etdirən məqalələrin hazırlanması, bədii-özfəaliyyət kollektivlərinin fəaliyyətinin monitorinqi, görkəmli mədəniyyət və incəsənət xadimləri haqqında informasiyaların toplanması, dilləri, mədəniyyətləri, məişətlərinin qorunmasında dövlətin gördüyü işlərin ictimailəşdirilməsindən bəhs edir.

Layihənin məqsədi müxtəlif mədəni qrupların vahid vətəndaş cəmiyyətinə inteqrasiyası istiqamətində araşdırılmayan və yaxud da çox az tədqiq olunan tərəflərini araşdırmaq, bu zaman ilk növbədə müstəqillik illərində dövlətin bu sahəyə diqqət və qayğısını öyrənib təbliğ etməkdən ibarətdir.

Layihə çərçivəsində Bakıda 1, regionlarda 2 tədbir keçiriləcək, Azərbaycan və rus dillərində informasiya bülleteni hazırlanacaq.

Xəbər 1548 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +