Sabiq məmurun oğlu məhkəmə qərarından narazıdır
Cərimələrdən toplanan vəsaitin 50 faizi hərbçilərə veriləcək
“Kliniki Tibbi Mərkəz”də nöqsanlar aşkarlandı
Rusiya Hacı Zülfüqarı Azərbaycana vermədi
19 ildən sonra ilk dəfə cinsi əlaqədə oldu
Selin aldığı can: Şirkət rəhbərinin həbsi tələb edilir
Yemək şirkəti 1,8 milyona təbliğat aparacaq – Müəmma
Orduxan Teymurxan Baş Prokurorluğa çağırılıb
Nikopol atəşə tutuldu: 2 ölü, 5 yaralı var
Mənim uşağımın atası evlidir - Şok etiraf


27.04.2017  14:57 

76 nəfər valideynlik hüququndan məhrum edilib





A+  A-

2016-cı ildə birinci instansiya məhkəmələrində baxılmış mülki işlərin sayı açıqlanıb.
XəzərNews.az-a rəsmi göstəricilərə istinadən xəbər verir ki, ötən il ailə münasibətləri üzrə 21913 mülki işə baxılıb.
Onlardan 12094-ü nikah müqaviləsinin dəyişdirilməsi, pozulması və etibarsız hesab edilməsilə bağlı olub. Məhkəmə qaydasında atalığın və atalığın tanınması faktının müəyyən olunması üzrə 852 işə baxılıb. Məhkəmələr tərəfindən 812 iddia təmin olunub.
Rəsmi məlumata görə, birinci instansiya məhkəmələrinə övladlığa götürmə və onun ləğvi ilə bağlı 502 iş daxil olub. Onlardan 468-də iddialar təmin edilib.
Eyni zamanda məhkəmələrə 123 nəfərin valideynlik hüququndan məhrum edilməsilə bağlı müraciət daxil olub ki, onun da 76-sı təmin edilib.
Məhkəmələrdə baxılan valideynlik hüquqularının məhdudlaşdırılması ilə bağlı 86 işdən 82-də iddialar təmin olunub.
Digər ailə münasibətlərinə görə, 8256 mülki işə baxılıb ki, onlardan 7271-nə müsbət cavab verilib.


Xəbər 1532 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +