“DOST“ 3.3 milyonluq tenderini də bu şirkətə verdi
Xəstənin ayaqları göydə... - Həkimlər bunu da etdi
Ukrayna “Lukoyl” Neft Emalı Zavodunu vurdu
FHN “Xəmsə” şadlıq evinin fəaliyyətini dayandırdı
Xəzər Universitetinə rektor əvəzi təyin olunub
Ruslar Donetsk və Kurskda irəliləyirlər - Açıqlama
Bazar ertəsi yaxşı xəbər olacaq - Tramp
Bəşir Süleymanlı həbs edilib
Onlar Baş Prokurorluğa çağırılıb?
Saxta dollar satan dəstə üzvləri saxlanıldı


29.08.2018  19:17 

Koçaryan Paşinyanı HƏDƏLƏDİ: “Xatırladacağıq”





A+  A-

Ermənistanın ikinci prezidenti və baş nazir Nikol Paşinyana qarşı cəbhənin liderinə çevrilməyə başlayan Robert Koçaryan siyasətə gəlişi barədə cavab mesajı verib.
XəzərNews.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, Koçaryan Paşinyanın “ikinci prezidentin siyasi arenaya qayıtmaq şansı yoxdur” mesajına cavab olaraq “mən artıq qayıtmışam” bəyanatını verib.

O, həmçinin Yerevanın bu gün sahib olduğu bütün gözəlliklərinin onun prezidentliyi vaxtında yaradıldığını vurğulayıb.

“Mən on il hakimiyyətdə olmuşam. Bu on il ərzində Ermənistanda ÜDM 5 dəfə, büdcə isə 8 dəfə artıb. Bu siz Yerevanda maraqlı, rekonstruksiya olunmuş nə görürsünüzsə bu illərdə tikilib. Mən 10 il siyasətdən kənarda qalmışam. Yəqin ki çox insanlar bunu xatırlamır. Biz bu barədə xatırladacağıq” – Koçaryan bəyan edib.

O həmçinin üçüncü prezident Serj Sarkisyanı tənqid edərək, onun Konstitusiya reformalarının tərəfdarı olmadığını qeyd edib.

“Mən hələ o vaxt bu islahatların ictimai tənqidi ilə çıxışlar etdim. Və təbii ki o, baş nazir kreslosuna oturaraq hakimiyyəti saxlamağa çalışmamalı idi” – Koçaryan bildirib.

O, jurnalistlərin partiya və ya koalisiya yaratmaq barədə sualına cavab olaraq isə müxalifət rolunda çıxış edəcəyini qeyd edib.

“Mən məsələni çox açıq şəkildə qoymuşam. Mən günümüzün problemlərini görən insanlar üçün çox ciddi mərkəz ola biləcəyimi başa düşürəm” – deyə söyləyib.

Koçaryan baş nazir Paşinyanın siyasətini tənqid edərək onu məsələyə qeyri ciddi yanaşmaqda ittiham edib.

“Mən sitat gətirirəm bu zarafat deyil. Konstitusiyamızda meydanların xalq hakimiyyətinin ən yüksək orqanı olması ilə bağlı məsələ yoxdur. Hazırda Ermənistanda baş verənlər coşqun bir populizmdir. Nəticədə düşünürəm ki, bu, ölkəni uzun müddət inkişafdan saxlayacaq. Mən hətta düşündüm ki, yəqin elektrik enerjisinin qiyməti, kommunal xidmətlər, təqaüdlər, maaş, vergi kodeksi də bu meydanda müzakirə olunacaq. Bu, təkcə təcrübə azlığı deyil. Bu, həm də dövlətin idarə mexanizminin və hakimiyyət bölgüsünün nə demək olduğu barədə anlayışın olmaması deməkdir” – deyəvurğulayıb.

Koçaryanın sözlərinə görə hazır ki. “inqilabçı eyforiya” uzun müddət tap gətirə bilməyəcək.

Sonda isə o, digər ölkələrdəki inqilabları və bunun həmin ölkələrə yaşatdığını xatırladaraq xalqı inqilabdan çəkinməyə çağırıb.

“Siz inqilabdan sonra hər hansısa bir dövləti misal gətirə bilərsinizmi ki, insanların yaşayışı yaxşılaşsın? Bəlkə bu Misirdir, bəlkə Tunis, Suriya, Livan? İnsanların həyatı dəfələrlə pisləşib. Bəlkə bu Ukraynadır? Ərazilərinin itirilməsi ilə yanaşı insanların da həyatı pisləşib. Bəlkə Gürcüstan? Ərazi itkisi. Mənə istənilən bir nümunə gətirin. Mən səbəb görə bilmirəm ki, niyə bizdə yaxşı olmalıdır” – deyə Koçaryan söyləyib.

O həmçinin, yenidən baş nazir olmaq barədə sualdan da yayınıb və gələcək haqda danışmaq istəmədiyini bildirib.

Qeyd edək ki, bundan əvvəl Koçaryanın Ermənistandakı Rusiya yönümlü elektoratı öz ətrafına yığacağı bildirilirdi. Həmçinin Gürcüstanın eks-prezidenti Mixayıl Saakaşvili də payızda Rusiyanın Paşinyanın qarşısına oliqarxlardan ibarət bir ordu çıxaracağını söyləyib.

Xəbər 1329 dəfə oxunub.




14.03.2025  22:13 

Bəşir Süleymanlı həbs edilib

14.03.2025  16:11 

Novruzda əfv olacaqmı?

14.03.2025  15:37 

“Rusiya İranı məhvə aparır”

14.03.2025  12:22 

Xanım məmur həbs olundu


BÜTÜN XƏBƏRLƏR +