“DOST“ 3.3 milyonluq tenderini də bu şirkətə verdi
Xəstənin ayaqları göydə... - Həkimlər bunu da etdi
Ukrayna “Lukoyl” Neft Emalı Zavodunu vurdu
FHN “Xəmsə” şadlıq evinin fəaliyyətini dayandırdı
Xəzər Universitetinə rektor əvəzi təyin olunub
Ruslar Donetsk və Kurskda irəliləyirlər - Açıqlama
Bazar ertəsi yaxşı xəbər olacaq - Tramp
Bəşir Süleymanlı həbs edilib
Onlar Baş Prokurorluğa çağırılıb?
Saxta dollar satan dəstə üzvləri saxlanıldı


03.10.2017  17:11 

Köməksiz qalan turistlər tapıldı - Helikopterə isə minmədilər





A+  A-

Bu gün 06:48 rədələrində Amerika Birləşmiş Ştatlarının 911 çağrı mərkəzindən Azərbaycan Respublikası Dövlət Dəniz Administrasiyasının Uzaq Məsafədən Tanınma və İzləmə Milli Mərkəzinə Şamaxı rayonunda dağlıq ərazidə bir gümüş və bir qara Nissan Patrol avtomobildə qalan xarici vətəndaşların köməyə ehtiyacı olması barədə məlumat daxil olub.
XəzərNews.az Administrasiyaya istinadən xəbər verir ki, yardıma ehtiyacı olan şəxslər və onların yerləşdiyi ərazinin koordinatları dərhal Fövqəladə Hallar Nazirliyinin 112 zəng mərkəzinə ötürülüb.

Hal hazırda mümkün vasitələrlə axtarış – xilasetmə əməliyyatları həyata keçirilməkdədir.

***

Hadisəylə bağlı FHN də məlumat yayıb. Qeyd edilir ki, Fövqəladə Hallar Nazirliyinin Mülki müdafiə qoşunlarının müvafiq qüvvə və texnikası əraziyə cəlb olunub.

***

Şamaxı rayonunun Pirbəyli kəndi yaxınlığında çətin keçilən dağlıq ərazidə qalmış xarici vətəndaşların xilas olunması üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən operativ və təxirəsalınmaz tədbirlər görülür. Bir qədər əvvəl Nazirliyin Aviasiya dəstəsinin "Ka-32A" helikopteri turistlərin axtarışlarına cəlb olunmuşdur. Əlavə məlumat veriləcək.

***

Şamaxı rayonunun Pirbəyli kəndi yaxınlığında çətin keçilən dağlıq ərazidə qalmış xarici vətəndaşların yeri Fövqəladə Hallar Nazirliyinin (FHN) helikopteri tərəfindən müəyyən olunub.

FHN-dən bildiriblər ki, turistlərin sağlamlığı üçün təhlükə yoxdur. Onlar helikopter vasitəsilə təxliyyə olunmaqdan imtina ediblər. Hazırda Mülki Müdafiə Qoşunlarının qüvvələri vətəndaşlara müvafiq kömək göstərmək üçün həmin yerə doğru hərəkət edirlər. Əlavə məlumat veriləcək.

Xəbər 1255 dəfə oxunub.



14.03.2025  22:13 

Bəşir Süleymanlı həbs edilib

14.03.2025  16:11 

Novruzda əfv olacaqmı?

14.03.2025  15:37 

“Rusiya İranı məhvə aparır”

14.03.2025  12:22 

Xanım məmur həbs olundu


BÜTÜN XƏBƏRLƏR +