“DOST“ 3.3 milyonluq tenderini də bu şirkətə verdi
Xəstənin ayaqları göydə... - Həkimlər bunu da etdi
Ukrayna “Lukoyl” Neft Emalı Zavodunu vurdu
FHN “Xəmsə” şadlıq evinin fəaliyyətini dayandırdı
Xəzər Universitetinə rektor əvəzi təyin olunub
Ruslar Donetsk və Kurskda irəliləyirlər - Açıqlama
Bazar ertəsi yaxşı xəbər olacaq - Tramp
Bəşir Süleymanlı həbs edilib
Onlar Baş Prokurorluğa çağırılıb?
Saxta dollar satan dəstə üzvləri saxlanıldı


21.04.2017  17:02 

ATV-də qalmaqallı görüntülər - Kanaldan açıqlama+VİDEO





A+  A-

ATV-də yayımlanan “İdeya Qazandı” verilişinə qatılan gənc öz layihəsini təqdim etməyə çalışıb.
XəzərNews.az Azxeber.com-a istinadən xəbər verir ki, kənd təsərrüfatı sahəsinə aid layihəsi ilə münsiflərin diqqətini cəlb etməyə çalışan gəncin ideyası onların gülüşünə səbəb olub. Onlardan biri layihə haqqında məlumat yazılan vərəqi yerə atıb, digərləri isə özlərini gülməkdən saxlaya bilməyiblər.

Münsiflərin gülüşünün ən böyük səbəbi layihə təqdimatçısının danışığındakı qüsurlar olub. Belə ki, o layihəsi haqqında məlumat verərkən çətinlik çəkib. Bundan başqa onun təqdim etdiyi layihə münsiflər tərəfindən tamamilə mənasız hesab olunub. Nə edəcəyini bilməyən iştirakçı, onu lağa qoyan münsiflərin verdiyi sualları cavablandırmaq məcburiyyətində qalıb.

Bu barədə BakiPost.az-a açıqlamasında ATV-nin İctimai-siyasi məsələlər və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Turan İbrahimov bildirib ki, bu video ümumi verilişin içərisindən, yəni kontekstdən çıxarılmış kiçik bir hissədir:

“Hamı bilir ki, ümumi verilişin içərisindəki müəyyən zarafatlar, anlar və jestlər bir cür təəssürat bağışlayır. Amma müəyyən məsələni kontekstdən, ümumi verilişin içərisindən çıxaranda, naqqaşla qopardıb təqdim edəndə tamam başqa cür təəssürat yaradır.

Bunu nəzərə almaqla yenə də vurğulamaq lazımdır ki, düzdür, gənclər oraya böyük ümidlərlə gəlirlər, özləri üçün ciddi əhəmiyyət kəsb edən məsələləri orada təqdim edirlər. Ona görə də onlara daha həssas və ciddi davranmaq lazımdır. Bu baxımdan kontekstdən çıxarılan hissəyə baxanda doğrudan da ikrah və müəyyən mənada qıcıq doğuran məqamlar var. Amma yenə də bir məqamı xüsusi vurğulamaq istərdim ki, bu video kontekstdən çıxarılıb”.


Xəbər 1555 dəfə oxunub.





14.03.2025  22:13 

Bəşir Süleymanlı həbs edilib

14.03.2025  16:11 

Novruzda əfv olacaqmı?

14.03.2025  15:37 

“Rusiya İranı məhvə aparır”

14.03.2025  12:22 

Xanım məmur həbs olundu


BÜTÜN XƏBƏRLƏR +