Rusiya ordusu daha 3 kəndi işğal edib
Niaqara şəlaləsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb -VİDEO
Sərnişinlərə şad XƏBƏR: Bu tarixdən...
Suriya Prezidentinə qarşı sui-qəsd cəhdi
Hərbi salam verib, əlini sıxdı –VİDEO
“İmişlidə faciə: Həkimlərə təhvil verdik, evə çatanda xəbəri gəldi ki ölüb ”
Bakıda ağır qəza: Sürücü öldü -VİDEO
Rəsul Quliyev Bakıya gəlir - Özü açıqladı
Romada azərbaycanlı qadın itkin düşüb
“Vaşaq“ və “Kobra-2“ ilk dəfə nümayiş etdirildi


07.12.2023  15:26 

Seçki qərarı niyə verildi? - Şərh





A+  A-

"Tarixə nəzər salsaq, fərqli nəticələr ortaya çıxır. Məsələn, 2018-ci ilin aprel ayında keçirilən prezident seçkilərindən cəmi ay yarım sonra Ermənistanda hakimiyyət dəyişikliyi baş verdi və Rusiya-Ermənistan münasibətləri kəskinləşdi. Azərbaycanda 2020-ci ildə prezident seçkisi keçirilməli idi. Amma həmin dövrə uyğun olaraq, Azərbaycan baş verən hadisələri önlədi və 2020-ci ildə torpaqlarının azad olunması istiqamətində ciddi addım atdı”.

Xəzərnews.az xəbər verir ki, bu sözləri Ümid Partiyasının sədri İqbal Ağazadə Bakupost.az -a Azərbaycanda növbədənkənar prezident seçkilərini şərh edərkən deyib.

İ.Ağazadənin fikrincə, növbədənkənar seçki daxili vəziyyətlə bağlı deyil:
"Bu, xarici amillərlə bağlı ola bilər. Düşünürəm ki, Ermənistanda hakimiyyət dəyişikliyi baş verəcək. Ermənistandakı hakimiyyət dəyişikliyi Rusiyanın Ermənistana münasibətini dəyişəcək və Ermənistan-Rusiya münasibətləri 2018-ci ildən əvvəlki, yəni müsbət tendensiyaya qayıdacaq. Bu zaman onların Azərbaycanla bağlı sorunları ortaya çıxacaq. Çünki Ermənistanın rusiyayönümlü hakimiyyəti Rusiyanın Azərbaycana qarşı fərqli siyasət yürütməsini tələb edəcək.

Yəni, Ermənistanda Rusiya ilə münasibətləri köhnə müstəviyə qaytaran qüvvə hakimiyyətə gələrsə, Moskvanın Azərbaycandan və Cənubi Qafqazdan istəyəcəkləri də başqa olacaq. O cümlədən, Ermənistana da münasibət fərqli olacaq. Bu isə o deməkdir ki, Azərbaycana qarşı yürüdülən siyasət fərqli, həm daxildə, həm də xaricdə təzyiqetmə imkanları böyük ola bilər. Azərbaycan rəhbərliyi də əvvəlcədən bu qənaətləri müəyyənləşdirir və həmin dövrdə ölkənin siyasi sistemində dəyişiklik olmaması, sabit siyasətin aparılması üçün ön tədbir kimi növbədənkənar prezident seçkisinə gedir. Nəzər alaq ki, Avropa Birliyi və Amerika Birləşmiş Ştatlarının, o cümlədən, Azərbaycanda marağı olan digər dövlətlərin Rusiyanın buradakı fəaliyyəti ilə bağlı kifayət qədər aktiv kəşfiyyat məlumatları var. Bunları yəqin ki, Azərbaycan tərəfi də alır.

Bir sözlə, Ermənistanda hakimiyyət dəyişikliyi Rusiyanı Cənubi Qafqaz siyasətində korrektəyə məcbur edəcək. Ona görə də Azərbaycan bəri başdan özünü sığortalayır”.
Sonda partiya sədri vurğulayıb ki, yaxın dövr üçün Azərbaycanda hakimiyyət dəyişikliyi gözlənilmir.

Qeyd edək ki, Prezident İlham Əliyevin Sərəncamına əsasən, Azərbaycanda növbədənkənar prezident seçkiləri elan edilib.
Sərəncamda Mərkəzi Seçki Komissiyasına növbədənkənar prezident seçkilərinin 2024-cü il fevralın 7-nə təyin olunmasını və Azərbaycan Respublikasının Seçki Məcəlləsində müəyyən edilmiş qaydada keçirilməsini təmin etmək tapşırılıb.


Xəbər 3330 dəfə oxunub.




07.11.2025  16:52 

Diaspor sədri təltif olundu - Foto

07.11.2025  14:00 

Torpağı, qumu sarı - Nərimanabad

07.11.2025  11:36 

YUNESKO yeni rəhbər seçdi


BÜTÜN XƏBƏRLƏR +