Romada azərbaycanlı qadın itkin düşüb
“Vaşaq“ və “Kobra-2“ ilk dəfə nümayiş etdirildi
Qələbinin 5-ci ili: Parad heyətlərinin təntənəli keçidi
Ərdoğan Azərbaycana səfər edəcək?
Diaspor sədri təltif olundu - Foto
Pokrovskın ələ keçirilməsi Rusiyaya nə verəcək?
“Pajiznicesi” yenidən həbs olundu
Prezident Pəncəli Teymurova Milli Qəhrəman adı verdi
Ukrayna ordusu Krımda neft bazasını vurub
Lavrovun Putinin gözündən düşməsi... – Peskov


08.12.2022  21:59 

Hikmət Hacıyev Qarabağ ermənilərindən danışdı





A+  A-

“Qarabağ ermənilərinin hüquq və təhlükəsizliyi ilə bağlı beynəlxalq mexanizmlərin yaradılması haqqında razılığın əldə olunması yalandır”.

XəzərNews.az xəbər verir ki, bunu “Report”a Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri üzrə şöbə müdiri Hikmət Hacıyev Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın Vaşinqtonda Qarabağda yaşayan ermənilərin hüquq və təhlükəsizliyi barədə beynəlxalq mexanizmlərin yaradılması barədə guya razılıq əldə olunduğuna dair bəyanatla çıxış etməsinə münasibət bildirərkən deyib.

O, Ermənistan Təhlükəsizlik Şurasının katibi tərəfindən aparılmış müzakirələrin mahiyyətinin birtərəfli qaydada təhrif olunduğunu təəssüflə qeyd edib:

“Oktyabrın 13-də Azərbaycan mediasına verdiyim müsahibədə Vaşinqtonda keçirilmiş müzakirələrin məzmunu və mahiyyəti barədə ətraflı məlumat verilib. Bir daha qeyd etmək istərdim ki, guya Vaşinqtonda Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərin hüquq və təhlükəsizliyi barədə beynəlxalq mexanizmlərin yaradılması haqqında razılığın əldə olunmasına dair açıqlamalar yalandır. Danışıqlarda hər hansı məsələnin qaldırılması həmin məsələyə dair razılığın əldə olunduğu demək deyil. Sentyabrın 27-də Vaşinqton şəhərində, Ağ Evdə ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivan tərəfindən təşkil olunmuş görüşdə tərəfimizdən bir daha bildirildi ki, Azərbaycan Qarabağda yaşayan erməni əhalisinin hüquq və təhlükəsizliyi məsələsini heç bir beynəlxalq tərəfdaşla müzakirə etməyəcək, bu, Azərbaycan Respublikasının Konstitusiyası və qanunları əsasında ölkəmizin daxili işidir, milli suverenlik məsələsidir və hər hansı beynəlxalq mexanizmin yaradılmasından söhbət belə gedə bilməz. Azərbaycan bu məsələni nə Ermənistan və nə də digər dövlətlə və təşkilatla müzakirə etmək fikrində belə deyil. Görüşdə ABŞ nümayəndəsi tərəfindən də Azərbaycanın suverenliyinə hörmətlə yanaşıldığı bir daha qeyd olundu”.

H.Hacıyev bildirib ki, Praqa və Soçidə qəbul edilmiş bəyanatlara zidd olaraq, Ermənistan rəsmilərinin Azərbaycanın suveren əraziləri barəsində bu kimi açıqlamalarla çıxış etməsi Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı qəsd kimi qiymətləndirilir:

“Bu və son vaxtlar Ermənistan rəsmiləri tərəfindən səsləndirilən digər ziddiyyətli açıqlamalar və irəli sürülən lazımsız yeni elementlər Ermənistan tərəfinin qəsdən sülh müqaviləsi üzrə danışıqları pozmaq və yalnız danışıqlar imitasiyası yaratmaq niyyətini göstərir. Ermənistan tərəfinə bu kimi destruktiv siyasətindən əl çəkməyi, regionda davamlı sülhün və təhlükəsizliyin təmin olunması üçün siyasi iradə nümayiş etdirərək sülh müqaviləsi üzrə danışıqlarda ciddi surətdə iştirak etməyi tövsiyə edirik”.



Xəbər 2523 dəfə oxunub.




07.11.2025  16:52 

Diaspor sədri təltif olundu - Foto

07.11.2025  14:00 

Torpağı, qumu sarı - Nərimanabad

07.11.2025  11:36 

YUNESKO yeni rəhbər seçdi

07.11.2025  10:50 

Baş redaktor vəfat etdi

07.11.2025  10:26 

Bakıda evdən meyit tapıldı


BÜTÜN XƏBƏRLƏR +