Rəsul Quliyev Bakıya gəlir - Özü açıqladı
Romada azərbaycanlı qadın itkin düşüb
“Vaşaq“ və “Kobra-2“ ilk dəfə nümayiş etdirildi
Qələbinin 5-ci ili: Parad heyətlərinin təntənəli keçidi
Ərdoğan Azərbaycana səfər edəcək?
Diaspor sədri təltif olundu - Foto
Pokrovskın ələ keçirilməsi Rusiyaya nə verəcək?
“Pajiznicesi” yenidən həbs olundu
Prezident Pəncəli Teymurova Milli Qəhrəman adı verdi
Ukrayna ordusu Krımda neft bazasını vurub


02.12.2021  16:58 

Avropa Məhkəməsi yenə Azərbaycanı cərimələdi





A+  A-

Avropa İnsan Haqları Məhkəməsi dekabrın 2-də “Seçkilərin Monitorinq Mərkəzi və başqaları Azərbaycana qarşı” adlı işlə bağlı qərarını açıqlayıb.

Ərizəçi təşkilat və onun təsisçiləri Anar Məmmədli, Bəşir Süleymanlı mərkəzin dövlət qeydiyyatına alınmasının yubadılmasının, ardınca, qeydiyyatın ləğv edilməsinin qanunsuzluğundan şikayət etmişdilər.

“Şikayətdə qeyd olunub ki, təsisçilər mərkəzin dövlət qeydiyyatına alınması üçün 2006-08-ci illərdə Ədliyyə Nazirliyinə 6 dəfə müraciət edib. Ancaq nazirlik sənədlərin qanunvericiliyə uyğun tərtib edilmədiyi əsası ilə qeydiyyatdan imtina edib. Bundan sonra mərkəz 2008-ci ilin fevralında dövlət qeydiyyatına alınsa da, apreldə nazirlik qeydiyyatının ləğv edilməsi tələbi ilə Xətai Rayon Məhkəməsində iddia qaldırıb. İddia edilirdi ki, mərkəz rəsmi ünvanın, təsisçilər siyahısındakı dəyişiklikləri, nümayəndəliklərinin açılması barədə məlumatları təqdim etməyib. May ayında məhkəmə təşkilatın qeydiyyatını ləğv edib və yuxarı məhkəmələr həmin qərarı qanuni sayıb – “Aihmaz.org” yazıb.

Avropa Məhkəməsi mərkəzin qeydiyyatının yubadılmasının və sonra ləğv edilməsinin qanunsuz olmasından şikayət edən ərizəçiləri haqlı hesab edib.

Məhkəmənin qərarına görə, mərkəzlə bağlı hüquqi prosedurlar həm qeydiyyatın yubadılması, həm də qeydiyyatın ləğv edilməsi kontekstində Konvensiyanın 11-ci maddəsinin pozuntusu ilə müşayiət olunub.

Həmçinin, cavabdeh dövlətin bu işdə Konvensiyanın 34-cü maddəsi üzrə öhdəliklərini yerinə yetirmədiyinə qərar verib.

“Hökumət qərar qəti olduqdan sonra ərizəçilərə mənəvi zərər əvəzi 4500, hüquq xərclərinə görə 1500, digər məsrəflərə görə 600 avro təzminat ödəməlidir”, – Avropa Məhkəməsinin qərarında bildirilir.



Mərkəzin təmsilçilərindən Bəşir Süleymanlı Meydan TV-yə deyib ki, bu qərar Azərbaycanda birləşmə hüququ, fundamental azadlıqlarla bağlı vəziyyətin göstəricisidir.

B.Süleymanlının sözlərinə görə, onlar Ədliyyə Nazirliyinə dəfələrlə qeydiyyat üçün müraciət ediblər:

“Ancaq 2008-ci ildə nazirliyin mərkəzi qeydiyyata alması gözlənilməz oldu. Qəribədir ki, 100 gün keçməmiş nazirlik qeydiyyatın ləğvi haqda məhkəməyə müraciət etdi və dərhal da icraya yönəltdilər. Halbuki, qeyri-hökumət təşkilatının qeydiyyatının ləğvini dərhal icraya yönəltmək üçün heç bir hüquqi əsas yoxdur. Həm də bizə xəbərdarlıq olunmamışdı”.

“Müvafiq qanunvericiliyə görə, hər hansı təşkilata 3 dəfə xəbərdarlıq ediləndən sonra məhkəməyə müraciət oluna bilər. Əslində, birinci mərhələdə bizi məqsədli şəkildə qeydiyyata aldılar ki, növbəti seçki prosesindən kənarlaşdırsınlar. Yəni sonradan təşkilatın qeydiyyatını ləğv etdilər ki, mərkəzin adından danışa bilməyək. Hökumət buna qismən nail oldu”, – Bəşir Süleymanlı deyib.

2020-ci ilin illik hesabatına görə, Azərbaycan Avropa İnsan Haqları Məhkəməsinin (AİHM) haqqında ən çox qərar çıxardığı 5 ölkədən biri olub.

AİHM ötən il ümumilikdə 871 qərar qəbul edib:

“Qərarlardan 37-si Azərbaycana qarşı çıxarılıb. Həmin 37 qərarında AİHM 91 pozuntunun yol verildiyi qənaətinə gəlib”, – hesabatda yazılıb. 2021-ci ildə bu rəqəmlərin necə dəyişdiyi haqda hələlik hesabat yoxdur./Meydan TV

Xəbər 3286 dəfə oxunub.




07.11.2025  16:52 

Diaspor sədri təltif olundu - Foto

07.11.2025  14:00 

Torpağı, qumu sarı - Nərimanabad

07.11.2025  11:36 

YUNESKO yeni rəhbər seçdi

07.11.2025  10:50 

Baş redaktor vəfat etdi

07.11.2025  10:26 

Bakıda evdən meyit tapıldı


BÜTÜN XƏBƏRLƏR +