Rəsul Quliyev Bakıya gəlir - Özü açıqladı
Romada azərbaycanlı qadın itkin düşüb
“Vaşaq“ və “Kobra-2“ ilk dəfə nümayiş etdirildi
Qələbinin 5-ci ili: Parad heyətlərinin təntənəli keçidi
Ərdoğan Azərbaycana səfər edəcək?
Diaspor sədri təltif olundu - Foto
Pokrovskın ələ keçirilməsi Rusiyaya nə verəcək?
“Pajiznicesi” yenidən həbs olundu
Prezident Pəncəli Teymurova Milli Qəhrəman adı verdi
Ukrayna ordusu Krımda neft bazasını vurub


30.08.2019  21:49 

Elmlər Akademiyasının vəzifəli qocaları - Bir çoxu yaşca AMEA-dan böyükdür





A+  A-

Gələn il Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) 75 illiyi qeyd olunacaq.
Maraqlıdır ki, Akademiyanın hazırkı prezidenti, geologiya-mineralogiya elmləri doktoru, professor Akif Əlizadə rəhbəri olduğu qurumdan yaşca xeyli böyükdür. 1934-cü il təvəllüdlü Əlizadə, hazırda 85 yaşındadır.

AMEA-da bir çox mühüm vəzifə tutanların da yaşı ya 80-ə yaxındır, ya da 80-i çoxdan ötüb.

XəzərNews.az bildirir ki, Qaynarinfo-nun araşdırmasına görə, onların arasında geologiya-mineralogiya üzrə elmlər doktoru və professor, AMEA-nın vitse-prezidenti və Neft-Qaz İnstitutunun direktoru İbrahim Quliyev də var. O, 1947-ci il təvəllüdlüdür və 72 yaşını bu ilin mayında tamamlayıb.

Digər vitse-prezident Tofiq Nağıyev isə kimya elmləri doktorudur. O, hazırda 78 yaşındadır. Nağıyev eyni zamanda Akademiyanın nəzdindəki "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzinin direktorudur.

AMEA-nın İdarə Heyəti üzvlərindən kimya elmləri doktoru Vaqif Fərzəliyev eyni zamanda akademik Ə.Quliyev adına Aşqarlar Kimyası İnstitutunun direktoru və Kimya Elmləri Bölməsinin akademik-katibidir. Onun bu il 80 yaşı tamam olub.

AMEA-nın müşavirlərindən biologiya elmləri doktoru, professor Urxan Ələkbərov 76 yaşındadır.

Biologiya elmləri doktoru olan digər müşavir Qərib Məmmədovun 72 yaşı var.

AMEA Fizika İnstitutunun Molekulyar spektroskopiya laboratoriyasının rəhbəri Çingiz Qacar 1929-cu il təvəllüdlüdür və bu il 90 yaşını qeyd edir.

AMEA Fizika İnstitutunda baş elmi işçi olan Firidun Haşımzadənin 84 yaşı var.

Milli Elmlər Akademiyasının yaşlı vəzifə sahibləri arasında: Kimya elmləri bölməsinin 79 yaşlı akademik-katibi, şöbə müdiri və laboratoriya müdiri kimi vəzifələr də tutan Ağadadaş Əliyev, eyni bölmənin büro üzvü və Sintetik yağlar laboratoriyasının 95 yaşlı müdiri Məhərrəm Məmmədyarov, Tarix İnstitutunun direktoru, 80 yaşlı Yaqub Mahmudov, Akademiyanın İctimai elmlər bölməsinin elmi katibi, eyni zamanda Arxeologiya və Etnoqrafiya İnstitutunun şöbə müdiri olan 91 yaşlı Teymur Bünyadov, İqtisadiyyat İnstitutunun 79 yaşlı şöbə müdiri Şahbaz Muradov və digərləri də var.

Xəbər 2885 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

07.11.2025  16:52 

Diaspor sədri təltif olundu - Foto

07.11.2025  14:00 

Torpağı, qumu sarı - Nərimanabad

07.11.2025  11:36 

YUNESKO yeni rəhbər seçdi

07.11.2025  10:50 

Baş redaktor vəfat etdi

07.11.2025  10:26 

Bakıda evdən meyit tapıldı


BÜTÜN XƏBƏRLƏR +