Rəsul Quliyev Bakıya gəlir - Özü açıqladı
Romada azərbaycanlı qadın itkin düşüb
“Vaşaq“ və “Kobra-2“ ilk dəfə nümayiş etdirildi
Qələbinin 5-ci ili: Parad heyətlərinin təntənəli keçidi
Ərdoğan Azərbaycana səfər edəcək?
Diaspor sədri təltif olundu - Foto
Pokrovskın ələ keçirilməsi Rusiyaya nə verəcək?
“Pajiznicesi” yenidən həbs olundu
Prezident Pəncəli Teymurova Milli Qəhrəman adı verdi
Ukrayna ordusu Krımda neft bazasını vurub


17.01.2019  17:15 

“Lotu Quli” Azərbaycanı tərk etdi





A+  A-

Bir müddətdir Azərbaycanda yaşayan 46 yaşlı “qanuni oğru” Nadir Səlifov ölkəni tərk edib.
XəzərNews.az bildirir ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, hazırda postsovet məkanının ən nüfuzlu avtoriteti olan "Lotu Quli" yenidən Türkiyəyə qayıdıb. Həbsdən azad olunandan sonra uzun müddət Türkiyədə məskunlaşan Səlifovun gözlənilmədən Bakıya gəlməsi, burada bir neçə ay yaşadıqdan sonra geri dönməsi maraq doğurur.

Onun Türkiyədə olarkən bir neçə dəfə polis tərəfindən saxlanılması və Rusiya tərəfindən tələb olunması haqda məlumatlar yayılmışdı. Bu hadisələrdən sonra Qulinin Bakıya gəlməsi təhlükəsizliyini qorumaq və etibarlı sığınacaqla təmin olunmaq məqsədi ilə əlaqələndirildi.

Lakin Səlifov bir neçə gün əvvəl yenidən İstanbula geri dönüş edib. Onun bu dəfə mühafizəsini gücləndirməsi, ətrafına daha etibarlı şəxslər yığması ilə bağlı məlumatlar var. Rövşən Lənkəranskidən sonra Rusiyada göyərti imperiyası uğrunda əsas savaşçılardan biri olan Quli bu ölkədəki oliqarxlarla toqquşmaq məcburiyyətində qalıb. Bu savaşdan kimin qalib çıxacağı isə yəqin ki, yaxın zamanlarda bəlli olacaq.

Xəbər 2958 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

07.11.2025  16:52 

Diaspor sədri təltif olundu - Foto

07.11.2025  14:00 

Torpağı, qumu sarı - Nərimanabad

07.11.2025  11:36 

YUNESKO yeni rəhbər seçdi

07.11.2025  10:50 

Baş redaktor vəfat etdi

07.11.2025  10:26 

Bakıda evdən meyit tapıldı


BÜTÜN XƏBƏRLƏR +