Rusiya ordusu daha 3 kəndi işğal edib
Niaqara şəlaləsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb -VİDEO
Sərnişinlərə şad XƏBƏR: Bu tarixdən...
Suriya Prezidentinə qarşı sui-qəsd cəhdi
Hərbi salam verib, əlini sıxdı –VİDEO
“İmişlidə faciə: Həkimlərə təhvil verdik, evə çatanda xəbəri gəldi ki ölüb ”
Bakıda ağır qəza: Sürücü öldü -VİDEO
Rəsul Quliyev Bakıya gəlir - Özü açıqladı
Romada azərbaycanlı qadın itkin düşüb
“Vaşaq“ və “Kobra-2“ ilk dəfə nümayiş etdirildi


05.12.2017  10:56 

Azərbaycan-İran Dövlət Komissiyasının 12-ci iclası keçiriləcək





A+  A-

Dekabrın sonunda İranda (Astara) Azərbaycan ilə İran arasında iqtisadi, ticarət və humanitar sahələr üzrə Dövlət Komissiyasının 12-ci iclası keçiriləcək.
İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən XəzərNews.az-a verilən məlumata görə, bu barədə İqtisadiyyat naziri, Dövlət Komissiyasının həmsədri Şahin Mustafayevin İranın Azərbaycandakı səfiri Cavad Cahangirzadə ilə görüşündə müzakirələr aparılıb.

Görüşdə həmçinin, qarşılıqlı maraq doğuran bir sıra məsələlərə, o cümlədən Şimal-Cənub nəqliyyat dəhlizi üzrə görülən işlərə və dəhlizin tərkib hissəsi olan Rəşt-Astara dəmir yolu xəttinin tikintisinin maliyyələşdirilməsinə, birgə layihələrə və iqtisadi sahədə əlaqələrin genişləndirilməsi imkanlarına dair fikir mübadiləsi aparılıb. Görüşdə 2017-ci ildə Pirallahı Sənaye Parkında təməli qoyulmuş Azərbaycan-İran birgə əczaçılıq zavodunun tikintisi üzrə işlərin sürətləndirilməsinə dair müzakirələr aparılıb, Azərbaycanın Səhiyyə Nazirliyinin mütəxəssislərinin dekabr ayında Təbriz şəhərinə səfər edəcəkləri bildirilib. Bundan başqa, Neftçala Sənaye Zonasındakı birgə avtomobil istehsalı zavodunda tamamlama işlərinin gedişi barədə müzakirələr aparılıb.

İqtisadiyyat naziri Ş.Mustafayev Azərbaycan və İran arasında siyasi əlaqələrin yüksək səviyyədə olduğunu, iqtisadi əlaqələrin inkişaf etdiyini vurğulayıb, Dövlət Komissiyanın növbəti iclasında müzakirə olunacaq məsələlərə dair fikirlərini bildirib. İqtisadiyyat naziri hər iki ölkənin aidiyyəti qurumlarının iştirakı ilə “Xudafərin” və “Qız Qalası” Sazişi üzrə “Birgə Texniki Komissiya”nın ilk iclasının da dekabr ayında İranın Xudafərin şəhərində keçirilməsini təklif edib.

C.Cahangirzadə iqtisadi əlaqələrin genişləndirilməsi perspektivlərinə dair fikirlərini bölüşüb, iranlı investorların Azərbaycanda sənaye sahəsinə investisiya qoymaqda maraqlı olduqlarını, Azərbaycan-İran Ticarət Palatasının yaradılmasını təklif edib.

Xəbər 3309 dəfə oxunub.




07.11.2025  16:52 

Diaspor sədri təltif olundu - Foto

07.11.2025  14:00 

Torpağı, qumu sarı - Nərimanabad

07.11.2025  11:36 

YUNESKO yeni rəhbər seçdi


BÜTÜN XƏBƏRLƏR +