Rusiya ordusu daha 3 kəndi işğal edib
Niaqara şəlaləsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb -VİDEO
Sərnişinlərə şad XƏBƏR: Bu tarixdən...
Suriya Prezidentinə qarşı sui-qəsd cəhdi
Hərbi salam verib, əlini sıxdı –VİDEO
“İmişlidə faciə: Həkimlərə təhvil verdik, evə çatanda xəbəri gəldi ki ölüb ”
Bakıda ağır qəza: Sürücü öldü -VİDEO
Rəsul Quliyev Bakıya gəlir - Özü açıqladı
Romada azərbaycanlı qadın itkin düşüb
“Vaşaq“ və “Kobra-2“ ilk dəfə nümayiş etdirildi


03.07.2017  17:22 

Gömrük Komitəsi deputatın rəis qardaşı ilə bağlı - Məlumat yaydı





A+  A-

Bir neçə gün əvvəl Azərbaycan-Gürcüstan sərhədində Sadaxlı Gömrük Postunun rəisi Mehmandar Həsənovun saxlanıldığı, iş yerində, maşınında və evində axtarış aparılması ilə bağlı məlumat yayımlanmışdı.
Məlumatda bildirilirdi ki, M.Həsənovun maşınından 100 min, Ağstafadakı evindən isə 800 min dollar götürülüb. Əməliyyat zamanı gömrük postunun rəisi ilə yanaşı, bir neçə qaçaqmalçı da saxlanılıb.

Elə həmin gün deputat Məlahət İbrahimqızı "Qafqazinfo"ya açıqlamasında qardaşı Mehmandar Həsənovun həbs xəbərini təkzib edərək, onun iş başında olduğunu qeyd etmişdi.

Sözügedən hadisə ilə bağlı Dövlət Gömrük Komitəsi də məlumat yayıb.

Bildirilir ki, bir sıra Kütləvi İnformasiya Vasitələrində hüquq mühafizə orqanlarının keçirdiyi xüsusi əməliyyat nəticəsində qeyri-qanuni yollarla külli miqdarda xarici valyutanın ölkədən çıxarılması ilə məşğul olan şəbəkənin aşkar edilməsi, ölkənin gömrük-sərhəd buraxılış məntəqələrindən birinin rəisinin də şəbəkə üzvləri arasında olması və həmin şəxsin də həbs edilməsi, evində, avtomobilində axtarış aparılması barədə həqiqətə uyğun olmayan məlumatlar yayılıb.

Qeyd edək ki, Dövlət Gömrük Komitəsi mövcud gömrük qanunvericiliyin tələblərinə uyğun olaraq qaçaqmalçılıq, o cümlədən valyuta qaçaqmalçılığına qarşı qətiyyətli mübarizə aparır və bu barədə kütləvi informasiya vasitələri, eyni zamanda komitənin rəsmi internet səhifəsi vasitəsilə ictimaiyyət mütəmadi olaraq məlumatlandırılır.

Dövlət Gömrük Komitəsi bildirir ki, cari ilin aprel ayında adıçəkilən gömrük postunda külli miqdarda rus rublunu ölkədən qanunsuz yolla çıxarmaq istəyən 3 nəfər Azərbaycan Respublikası vətəndaşı saxlanılıb və faktla bağlı Dövlət Gömrük Komitəsinin İstintaq İdarəsində cinayət işi başlanıb və müvafiq araşdırmalar aparılır. Eyni zamanda, aşkar edilən həmin qaçaqmalçılıq faktının həyata keçirilməsinə cəhddə digər şəxslərin, eləcə də gömrük əməkdaşlarının iştirakının olub-olmaması da araşdırılır və istintaqın yekununa uyğun olaraq hadisəyə hüquqi qiymət veriləcək. Qeyd edək ki, faktla bağlı hər hansı gömrük əməkdaşı saxlanılmayıb, evində, avtomobilində axtarış aparılmayıb.

Dövlət Gömrük Komitəsi bir daha kütləvi informasiya vasitələrini və jurnalistləri komitənin fəaliyyətinə dair məlumatları rəsmi mövqe öyrənməklə yaymağın həm Azərbaycan Respublikasının mövcud qanunvericiliyinə, həm də jurnalist etikasına hörmətin təzahürü olduğunu diqqətə çatdırır.

(musavat.com)

Xəbər 2954 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

07.11.2025  16:52 

Diaspor sədri təltif olundu - Foto

07.11.2025  14:00 

Torpağı, qumu sarı - Nərimanabad

07.11.2025  11:36 

YUNESKO yeni rəhbər seçdi


BÜTÜN XƏBƏRLƏR +