Rusiya ordusu daha 3 kəndi işğal edib
Niaqara şəlaləsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb -VİDEO
Sərnişinlərə şad XƏBƏR: Bu tarixdən...
Suriya Prezidentinə qarşı sui-qəsd cəhdi
Hərbi salam verib, əlini sıxdı –VİDEO
“İmişlidə faciə: Həkimlərə təhvil verdik, evə çatanda xəbəri gəldi ki ölüb ”
Bakıda ağır qəza: Sürücü öldü -VİDEO
Rəsul Quliyev Bakıya gəlir - Özü açıqladı
Romada azərbaycanlı qadın itkin düşüb
“Vaşaq“ və “Kobra-2“ ilk dəfə nümayiş etdirildi


10.06.2017  19:27 

Məhkəmə iş adamı haqda qərar verdi - Həbs qətimkan





A+  A-

İyunun 8-də Binəqədi rayonunda yerləşən “Safastore” mağazasının önündə “Riyad” Mühafizə Xidmətinin əməkdaşları ilə marketin işçiləri arasında qarşıdurmadan sonra saxlanılan, obyektin sahibi olduğu bildirilən Azadxan Xanməmmədov barəsində məhkəmə qərar verib.
Onun vəkili Ceyhun Yusifov açıqlamasında bildirib ki, iyunun 9-da Xətai rayon məhkəməsinin qərarı ilə iş adamı A.Xanməmmədov barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib: “Məhkəmənin bu qərarı baş prokurorun 31 may tarixli əmrinə ziddir. Azadxan Xanməmmədovun bu hadisəyə heç bir aidiyyatı yoxdur. Qarşı tərəfin təqdim etdiyi videolarda isə qarşıdurma olduğu görünmür. Həmin kadrlar səhər saatlarına aiddir. Onda da Azadxan müəllim obyektin təhlükəsizliyinin təmin edilməsi ilə bağlı müqavilə imzaladığımız “Riyad” Mühafizə Xidmətinin əməkdaşlarını obyektlə tanış edirdi”.

Cinayət Məcəlləsinin 221.2-ci (xuliqanlıq) maddəsi ilə təqsirləndirilərək həbs edilən biznesmen A.Xanməmmədov istintaq təcridxanasına köçürülüb.

Qeyd edək ki, iyunun 8-də səhər saatlarında "Riyad" Mühafizə Xidmətinin 20-yə yaxın əməkdaşı Binəqədi rayonu, Mir Cəlal küç 1 d ünvanında yerləşən “Safastore” mağazasına hücum edərək əməkdaşları zor gücünə çölə çıxarıblar. Saytımıza müraciət edən mağaza əməkdaşları mMühafizəçilərin mağazanın keçmiş sahibi, iş adamı Xanməmmədov Azadxan Allahqulu oğlunun iştirakı və tapşırığı ilə hücum etdiyi iddia ediblər. Mağazadan verilən xəbərdə bildirilirdi ki, il yarım əvvəl A. Xanməmmədov mağazanı 1.5 milyon manata yeni sahibinə satıb. Amma bu günə qədər sənədləri rəsmiləşdirməyib. Əvvəlki sahib isə pulu geri qaytarmadan mağazanın boşaldılmasını və geri təhvil verilməsini tələb edib.

Hadisədən sonra Daxili İşlər Nazirliyi məlumat yayaraq faktla bağlı Binəqədi rayon Polis İdarəsinin istintaq şöbəsində Cinayət Məcəlləsinin 221.2.1-ci (xuliqanlıq – bir qrup şəxs tərəfindən törədildikdə) və 221.2.2-ci (xuliqanlıq - ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə və ya digər şəxsə müqavimət göstərməklə törədildikdə) maddələri ilə cinayət işi başlanıldığını və 13 nəfər saxlanıldığını açıqlayıb.

(qafqazinfo.az)

Xəbər 2989 dəfə oxunub.




07.11.2025  16:52 

Diaspor sədri təltif olundu - Foto

07.11.2025  14:00 

Torpağı, qumu sarı - Nərimanabad

07.11.2025  11:36 

YUNESKO yeni rəhbər seçdi


BÜTÜN XƏBƏRLƏR +