Rusiya ordusu daha 3 kəndi işğal edib
Niaqara şəlaləsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb -VİDEO
Sərnişinlərə şad XƏBƏR: Bu tarixdən...
Suriya Prezidentinə qarşı sui-qəsd cəhdi
Hərbi salam verib, əlini sıxdı –VİDEO
“İmişlidə faciə: Həkimlərə təhvil verdik, evə çatanda xəbəri gəldi ki ölüb ”
Bakıda ağır qəza: Sürücü öldü -VİDEO
Rəsul Quliyev Bakıya gəlir - Özü açıqladı
Romada azərbaycanlı qadın itkin düşüb
“Vaşaq“ və “Kobra-2“ ilk dəfə nümayiş etdirildi


08.06.2017  16:08 

“Riyad”ın 13 mühafizəçisi həbs olundu





A+  A-

Daxili İşlər Nazirliyi (DİN) Binəqədi rayonunda yerləşən “Safastore” mağazası önündə baş verən qarşıdurma ilə bağlı məlumat yayıb.
DİN-nin mətbuat xidmətinin şöbə rəisi İlham Babayevin XəzərNews.az-a verdiyi məlumata görə, qarşıdurma ilə bağlı cinayət işi açılıb:
"Faktla bağlı Binəqədi rayon Polis İdarəsinin istintaq şöbəsində Cinayət Məcəlləsinin 221.2.1-ci (xuliqanlıq – bir qrup şəxs tərəfindən törədildikdə) və 221.2.2-ci (xuliqanlıq - ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə və ya digər şəxsə müqavimət göstərməklə törədildikdə) maddələri ilə cinayət işi başlanıb".
O bildirib ki, hadisə ilə bağlı 13 nəfər saxlanılaraq istintaqa cəlb olunub, istintaq aparılır.

Qeyd edək ki, bu barədə ilk məlumatı bu gün səhər saatlarında "Qafqazinfo.az" saytı yayıb.
Məlumatda qeyd olunur ki, "Riyad" Mühafizə Xidmətinin 20-yə yaxın əməkdaşı ilə Binəqədi rayonu, Mir Cəlal küçəsi 1 d ünvanında yerləşən “Safastore” mağazasının işçiləri arasında dava düşüb. Nəticədə mühafizə xidmətinin əməkdaşları mağaza işçilərini döyüb.
Məlumatda o da qeyd olunub ki, bir müddət əvvəl sahibkar Azadxan Xanməmmədov sözügedən mağazanı 1.5 milyon manata əvvəlki sahibinə satıb. Lakin bu günədək sənədləri rəsmiləşdirməyib. Əvvəlki sahib isə pulu geri qaytarmadan mağazanın boşaldılmasını və geri təhvil verilməsini tələb edib.

Sözügedən davanın videosunu təqdim edirik:


Xəbər 3164 dəfə oxunub.




07.11.2025  16:52 

Diaspor sədri təltif olundu - Foto

07.11.2025  14:00 

Torpağı, qumu sarı - Nərimanabad

07.11.2025  11:36 

YUNESKO yeni rəhbər seçdi


BÜTÜN XƏBƏRLƏR +