Rusiya ordusu daha 3 kəndi işğal edib
Niaqara şəlaləsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb -VİDEO
Sərnişinlərə şad XƏBƏR: Bu tarixdən...
Suriya Prezidentinə qarşı sui-qəsd cəhdi
Hərbi salam verib, əlini sıxdı –VİDEO
“İmişlidə faciə: Həkimlərə təhvil verdik, evə çatanda xəbəri gəldi ki ölüb ”
Bakıda ağır qəza: Sürücü öldü -VİDEO
Rəsul Quliyev Bakıya gəlir - Özü açıqladı
Romada azərbaycanlı qadın itkin düşüb
“Vaşaq“ və “Kobra-2“ ilk dəfə nümayiş etdirildi


31.05.2017  10:07 

“Ərinizin çörəyinimi yeyirəm?” - Damla





A+  A-

“Nədir bu içinizdəki qara düşüncələr? Niyə məni mühakimə etməkdə çox rahatsınız? Niyə bəxtəvərsən deyib, ağzınıza gələni yazırsınız? İllərdir atam ürək çatızmazlığından əziyyət çəkir. Hər gün onu itimək qorxusu ilə yaşayıram”.
XəzərNews.az xəbər verir ki, bu sözləri müğənni Damla sosial şəbəkədə yazıb. Sənətçi onun haqqında şayiə yayan şəxslərə müraciət edib:

“Artıq 10 ildir ki, atasız uşaq böyüdürəm. Tək başıma arxasız, köməksiz qadınlığımla hər işin dalınca özüm qaçıram. Anam illərdir gözü yaşlıdır. Budur bəxtəvərlik? Bəxtəvər ev almısan yazırsınız. Sizin cibinizdənmi oğurladım? Ərinizin çörəyinimi yeyirəm? Hər gün hədiyyələr gəlir kefdəsən yazanlar heç düşünürmü o geyimlərə mənim də göz yaşım düşür? Yaxtığınız böhtanlara görə vicdanınız necə rahatdır? Gecə necə yata bilirsiniz? Mənə bu zirvəni yaşadan Allahdır.

Allahla Allahlıqmı edirsiniz? Qəlbinizdə Allah qorxusu yoxdur? Bilib-bilmədən danışmaq bu qədərmi asandır? Saatlarla dikdaban ayaqqabıda məclis idarə etmək, insanların kaprizlərinə dözmək, gecə saatlarında bloka qorxa-qorxa girmək bəxtəvərlikdir? Allah xatirinə susun! Vicdanınız varsa susun! Ramazan günündə bu qədər günahımı almayın. Heç kimin ahını almayın. Mənim yuvamı yıxıblar. Övladım atasızdır. O çarəsizliyi heç bir qadına yaşatmaram. Bu gündən mən də şərhləri bağlayıram”.



Xəbər 3473 dəfə oxunub.




07.11.2025  16:52 

Diaspor sədri təltif olundu - Foto

07.11.2025  14:00 

Torpağı, qumu sarı - Nərimanabad

07.11.2025  11:36 

YUNESKO yeni rəhbər seçdi


BÜTÜN XƏBƏRLƏR +