Rusiya ordusu daha 3 kəndi işğal edib
Niaqara şəlaləsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb -VİDEO
Sərnişinlərə şad XƏBƏR: Bu tarixdən...
Suriya Prezidentinə qarşı sui-qəsd cəhdi
Hərbi salam verib, əlini sıxdı –VİDEO
“İmişlidə faciə: Həkimlərə təhvil verdik, evə çatanda xəbəri gəldi ki ölüb ”
Bakıda ağır qəza: Sürücü öldü -VİDEO
Rəsul Quliyev Bakıya gəlir - Özü açıqladı
Romada azərbaycanlı qadın itkin düşüb
“Vaşaq“ və “Kobra-2“ ilk dəfə nümayiş etdirildi


30.03.2017  16:38 

XİN Liviyada saxlanılan azərbaycanlılarla bağlı məsələyə aydınlıq gətirdi





A+  A-

Xarici İşlər Nazirliyi (XİN) Liviyada saxlanılan azərbaycanlılarla bağlı məsələyə aydınlıq gətirib.
XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev açıqlamasında bildirib ki, “Captan Xayyam” gəmisi Liviya ərazisində saxlanılıb: “Gəmi Syerra-Leone bayrağı altında hərəkət edib, Türkiyənin “Sayğı Dənizçilik və Elektrik San.” şirkətinə məxsusdur. Saxlanılan Azərbaycan vətəndaşlarından biri ürək çatışmazlığında vəfat edib. Dərhal Xarici İşlər Nazirliyi Liviya hökuməti ilə təmaslara girib. Azərbaycanın Liviyada diplomatik nümayəndəliyi olmadığı üçün Türkiyənin Liviyadakı diplomatik nümayəndəliyinə konsulluq dəstəyi göstərməsi üçün müraciət edilib. Qısa müddətdə Türkiyənin köməkliyi ilə vəkil tapılıb. Ailə üzvləri ora gedə bilmədiyi üçün Ədliyyə Nazirliyinin dəstəyi ilə vəkilə etibarnamə verilib. Vəkil XİN-də qeydiyyatdan keçirilib. Nəticə etibarı ilə müvafiq hüquqi sənədlər əsasında cənazənin Türkiyə ərazisinə gətirilməsi təmin olunub. Oradan isə Azərbaycanın İstanbuldakı baş konsulluğu "AzAL"-la birlikdə cənazənin Azərbaycana göndərilməsini təmin edib. Fürsətdən istifadə edib mərhumun ailə üzvlərinə başsağlığı veririk”.

H. Hacıyev bildirib ki “Captan Xayyam” gəmisinin digər azərbaycanlı ekipaj üzvləri istintaq altındadır, onların işi üzrə məhkəmə aprelin 11-də keçiriləcək: “Onlar Liviya ərazisindən qanunsuz şəkildə dizel yanacağının çıxarılması ilə büdcəyə külli miqdarda ziyan vurmaqda ittiham olunurlar. Azərbaycan tərəfi yenə də Liviya tərəfi ilə əlaqə saxlayır, vətəndaşlarımıza konsulluq yardımının göstərilməsi üçün işlər davam etdirilir”.

XİN rəsmisi daha 3 azərbaycanlının saxlandığı “Kalkanlar 1” gəmisi barədə də danışaraq bildirib ki, bu gəmi də Türkiyə şirkətinə məxsusdur, onlar da bir müddətdir, Liviya ərazisindədirlər: “Bundan əvvəl həmin şəxslər Liviyada terrorçuların nəzarətində olan ərazidə idilər. Azad edildikdən sonra vətəndaşlarımız dövlət orqanlarının nəzarətində olan əraziyə gətiriblər. Bu, qismən təhlükəsiz ərazidir. Hazırda onlar barəsində də istintaq işləri davam etdirilir. Onların ailə üzvləri ilə XİN-in Konsulluq İdarəsində dəfələrlə görüşlər keçirilib, ailələri onlarla telefon vasitəsi ilə əlaqə saxlaya biliblər. Məsələ ilə əlaqədar Liviyanın Azərbaycandakı müvəqqəti işlər vəkili Xarici İşlər Nazirliyinə dəvət olunub, bu xüsusda müzakirələr aparılıb. Türkiyənin Liviyadakı diplomatik konsulluğu da bu məsələdə Azərbaycana konsulluq yardımı göstərir. Vətəndaşlarımıza lazımi konsulluq dəstəyinin göstərilməsi istiqamətində işlər davam etdirilir və onlar ailə üzvləri ilə mütəmadi təmasdadırlar”.

H. Hacıyev bildirib ki, təxminən 20 gün əvvəl Liviyanın sahil sularında içərisində azərbaycanlıların da olduğu “Anna” gəmisi qəzaya uğrayıb: “Bu gəminin göyərtəsində 2 Azərbaycan vətəndaşı olub. Həmin gəmi Çin şirkətinin yardımı ilə sahilə çıxarılıb. Onun göyərtəsindəki şəxslərin təhlükəsizliyi təmin olunub. Azərbaycan tərəfinin xahişi ilə Türkiyənin diplomatik nümayəndəliyi Azərbaycan vətəndaşları ilə görüşüb. Onların sənədləri qaydasında olub və tez zamanda onların Azərbaycana qaytarılması təmin olunub”.

(apa.az)

Xəbər 2614 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

07.11.2025  16:52 

Diaspor sədri təltif olundu - Foto

07.11.2025  14:00 

Torpağı, qumu sarı - Nərimanabad

07.11.2025  11:36 

YUNESKO yeni rəhbər seçdi


BÜTÜN XƏBƏRLƏR +