Rusiya ordusu daha 3 kəndi işğal edib
Niaqara şəlaləsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb -VİDEO
Sərnişinlərə şad XƏBƏR: Bu tarixdən...
Suriya Prezidentinə qarşı sui-qəsd cəhdi
Hərbi salam verib, əlini sıxdı –VİDEO
“İmişlidə faciə: Həkimlərə təhvil verdik, evə çatanda xəbəri gəldi ki ölüb ”
Bakıda ağır qəza: Sürücü öldü -VİDEO
Rəsul Quliyev Bakıya gəlir - Özü açıqladı
Romada azərbaycanlı qadın itkin düşüb
“Vaşaq“ və “Kobra-2“ ilk dəfə nümayiş etdirildi


03.03.2017  15:54 

Bakıda tarixi məscid məhv olur - Nazirlik problemə niyə göz yumur?+VİDEO





A+  A-

Sabunçu rayonunun Maştağa qəsəbəsində Bakı fəhləsi küçəsində yerləşən tarixi Hacı Əziz məscidi məhv olmaq üzrədir.
XəzərNews.az BakiPost.az-a istinadən xəbər verir ki, 1836-cı ildə tikilmiş və dövlət tərəfindən qorunan məscidin tavanı tökülüb, divarları isə nəmişlikdən çökmək üzrədir. Məscidin axundu abidənin divarlarının nəm çəkməsinə səbəb kimi tikiliyə qaz verilmədiyini göstərib. O, fevral ayından Bakı fəhləsi küçəsinə verilən qazın təzyiqinin sıfıra endirildiyini deyib: "Balaca məsciddir. Qaz gəlsə, istilik təmin olunar və belə bərbad vəziyyət yaranmaz. Xalçalar da görürsünüz, bərbad gündədir. Aidiyyəti qurumlara şikayət etmişik, nə qədər demək olar? Deyirlər ki, təmir gedir. Nə qədər təmir olar? Yanvarda camaatın şikayəti artdı, qaz verdilər, sevindik. 1 həftə sonra yenə qazın təzyiqini azaltdılar. İndi sıfırdır. Fevral ayından qaz yoxdur. Kimdə motor var, onun qazı gəlir. Kimin ki yoxdur, o qalır soyuqda. Biz hansının pulunu ödəyək? Motor qoşulanda işıq da pul yazır. Biz qaz pulunu ödəyək, yoxsa, işıq pulunu?”

Məlumat üçün bildirək ki, "Hacı Əziz” məscidi XIX əsrdə Hacı Əziz tərəfindən tikilib. Məscidin sahəsi 41 m2 təşkil edir və burada eyni vaxtda 35 nəfər ibadət edə bilər.

Axund belə davam edərsə, Mədəniyyət və Turizm Nazirliyinin balansında olan məscidin yaxın müddət ərzində tamamilə sıradan çıxacağını bildirib.

Qeyd edək ki, bu, Mədəniyyət və Turizm Nazirliyinin balansında olan tarixi abidələrlə, xüsusən də məscidlərlə bağlı ilk şikayət deyil. Bir neçə gün əvvəl "Sovetski” dairəsi yaxınlığında görkəmli şair Mikayıl Müşfiqin heykəlinin götürüldüyü üçün hətta məhkəməyə belə müraciət etməyə hazırlaşan Mədəniyyət və Turizm Nazirliyi bu həssaslığı nədənsə tarixi abidələrdə səgriləmir. Dəfələrlə müraciətlərin edilməsinə baxmayaraq.


Xəbər 3648 dəfə oxunub.





07.11.2025  16:52 

Diaspor sədri təltif olundu - Foto

07.11.2025  14:00 

Torpağı, qumu sarı - Nərimanabad

07.11.2025  11:36 

YUNESKO yeni rəhbər seçdi


BÜTÜN XƏBƏRLƏR +