Rusiya ordusu daha 3 kəndi işğal edib
Niaqara şəlaləsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb -VİDEO
Sərnişinlərə şad XƏBƏR: Bu tarixdən...
Suriya Prezidentinə qarşı sui-qəsd cəhdi
Hərbi salam verib, əlini sıxdı –VİDEO
“İmişlidə faciə: Həkimlərə təhvil verdik, evə çatanda xəbəri gəldi ki ölüb ”
Bakıda ağır qəza: Sürücü öldü -VİDEO
Rəsul Quliyev Bakıya gəlir - Özü açıqladı
Romada azərbaycanlı qadın itkin düşüb
“Vaşaq“ və “Kobra-2“ ilk dəfə nümayiş etdirildi


21.02.2017  12:47 

Azərbaycanın qaz problemi nə vaxt başlayıb? - “Bu il canımız qızmadı”





A+  A-

"Azərbaycanda təbii qazla bağlı problemlər 2016-ci ilin oktyabr ayından yaşanmağa başlayıb”.
XəzərNews.az bildirir ki, bu sözləri BakiPost.az-a Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban deyib.

O bildirib ki, ölkədə kommunal xidmətlərlə, əsasən də təbii qazla bağlı problem artıq xroniki hal alıb: "Çünki bu problem hər həftə baş verən hadisədir. Biz hər həftə hansısa elanlara rast gəlirik. Verilən elanlara görə, gah magistral kəmərlərdə, gah paylayıcı şəbəkələrdə təmir işləri ilə əlaqədar paytaxt rayonlarında və ya Azərbaycanın digər rayonlarında hansısa bölgələrə, yaşayış məntəqələrinə müəyyən vaxta kimi qaz verilməyəcək. Bu insanlarda haqlı narahatlığa səbəb olur”.

İ. Şabanın sözlərinə görə, sonuncu dəfə Azərbaycanda 1990-ci illərdə qazla bağlı böyük problemlər olub: "Amma 2000-ci ilin oktyabrında Azərbaycan Rusiyadan qaz idxal etməyə və 2007-ci ildə "Şahdəniz” yatağından qaz hasil etməyə başlayandan Azərbaycan istehlakçılarının heç vaxt qazla bağlı belə problemləri olmayıb. Biz bu problemi ilk dəfə 2016-ci ilin oktyabr ayında yaşamağa başlamışıq. Oktyabrda havanın temperaturu qəfil aşağı düşdü. Düzdür, onda Dövlət Neft Şirkəti bunu onunla əlaqələndirdi ki, qazın verilişi adətən noyabr ayında verilir. Buna görə əhali ilə anlaşılmazlıq oldu. Amma ondan sonra əhali də gördü ki, heç də istədiyi qazı lazımi səviyyədə ala bilmir. Artıq qış ayları başa çatır. Cəmi 1 həftədən sonra mart ayıdır. Təəssüf ki, bizim əhalinin nəinki bölgələrdə, heç paytaxtda da canı kifayət qədər qızmadı. Lakin bunun səbəbləri barədə dəqiq nəisə deməyə çətinlik çətinlik çəkirəm”.

İlham Şaban qeyd edib ki, Dövlət Statistika Komitəsi əmtəəlik qazın ötən illə müqayisədə 3.1 faiz azaldığını açıqlayıb, amma bu, böyük həcm deyil: "Həmin əmtəəlik qazın əvəzlənməsi üzrə bizdə ən böyük istehlakçı "Azərenerji” ASC-dir. Onlar 50 faiz, hətta ondan da çox öz istilik stansiyalarında qaz istifadə edirdi. Onu mazutla əvəz etdilər. Əgər o, mazutla əvəz olundusa, demək bu istehlakçıların əhali qrupu cəmi 2.9, 3 milyard kub metr qaz alır. Yəni əhali qrupunu təmin etmək nə böyük problemdir? Bax bunun real olaraq izahını "Azəriqaz" İstehsalat Birliyi verməlidir”.

Ekspert vurğulayıb ki, Azərbaycan keçən il 17.7 milyard kub metr əmtəəlik qaz hasil edib: "Bizim daxili bazarda tələbatımız 10 milyard kub metrdir. Yəni belə baxanda həcmlərlə bağlı hansısa böyük problem yoxdur. Ona görə də yalnız əhaliyə nə qədər qaz verildiyi açıqlanır. Kommersiya qurumu, istixanalar və digər qurumların həcmləri açıqlanmır. Amma açıqlansa yaxşı olar.

Ümumiyyətlə, bu il qış elə də sərt keçmədi. Yanvar ayının 26-na kimi faktiki olaraq bu il qış olmadı. Əgər havalar normal keçirsə, bütün sistemlər yüklənmə rejimində deyilsə, o zaman problem nədədir?”.

Xəbər 5369 dəfə oxunub.




07.11.2025  16:52 

Diaspor sədri təltif olundu - Foto

07.11.2025  14:00 

Torpağı, qumu sarı - Nərimanabad

07.11.2025  11:36 

YUNESKO yeni rəhbər seçdi


BÜTÜN XƏBƏRLƏR +