Məsud Pezeşkian Bibiheybət məscidini ziyarət edib
Nüvə silahından istifadə son çarədir - Müdafiə naziri
“Top İran tərəfindədir“ - Siyasi şərhçi
Paşinyan sülh müqaviləsini imzalamağa hazırdır
Rusiya Kiyevdən siqnal gözləyir - Peskov
“Azər-Aqro LTD”nin bazarı bağlandı - Video
Çingiz Qənizadə sədr seçildi
Vatikan yeni Papanı bu tarixdə seçəcək
Zelenski və Putin Trampı niyə məyus edir?
Pulu var, verib çıxıb da yəqin... - Zabit Nəbizadə


20.02.2017  12:54 

Ziya Məmmədov YAP-dan çıxarılacaq? - AÇIQLAMA





A+  A-

"Ziya Məmmədov YAP-ın üzvü olaraq qalır. Onun vəzifədən azad olunması YAP-dan da çıxarılması mənasını vermir"
XəzərNews.az xəbər verir ki, bu sözləri Yeni Azərbaycan Partiyasının (YAP) İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov “ölkə.az” saytına müsahibəsində deyib.

YAP rəsmisi Nəqliyyat Nazirliyi ilə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin birləşdirilməsi ilə Prezident Sərəncamını şərh edərkən deyib:

"Bilirsiz ki, Nəqliyyat Nazirliyinə aid olan bütün strukturlar ayrı-ayrılıqda fəaliyyət göstərirdi. Artıq orada ümumi fəaliyyət göstərə biləcək geniş sahə qalmamışdı. Nəqliyyat Nazirliyində ancaq dövlət siyasətinin həyata keçirilməsi sahəsi qalırdı ki, cənab Prezident də bununla bağlı sərəncam imzaladı".

Millət vəkili onu da əlavə edib ki, Ziya Məmmədova əlavə hər hansı vəzifə verilib-verilməməsi məsələsi də cənab Prezidentin səlahiyyətlərinə aid olan məsələdir: "Biz buna qarışa bilmərik".


Xəbər 9596 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

28.04.2025  18:27 

Çingiz Qənizadə sədr seçildi

28.04.2025  14:18 

DSX kiçik giziri intihar edib


BÜTÜN XƏBƏRLƏR +