“Dünəndən ev, ailə, uşaqlarla maraqlanıram“
Dünya liderləri Roma Papası Fransisklə vidalaşır
Ərdoğan gələn ay Azərbaycana səfər edəcək
Daha 3 şəxs Rusiyadan Azərbaycana ekstradisiya olundu
Əvəz Zeynallının azadlıqda İLK FOTOSU
Vilayət Eyvazov iclas keçirdi, tapşırıqlar verdi
Azərbaycan milli mətbuatının 150 illik yubileyi keçiriləcək
İlham Əliyev ATƏT-in Baş katibini qəbul edib
Azərbaycan Pakistanı dəstəkləyir - Politoloq
İran Donald Trampı aradan götürmək istəyir


13.02.2021  19:54 

Açıq havada maska taxmaqla bağlı - DİN-dən açıqlama





A+  A-

“Açıq havada tibbi maskadan istifadə etməməklə bağlı fikir TƏBİB-in rəsmi mövqeyi deyil. Qurum təmsilçisinin şəxsi fikridir. Azərbaycanda tibbi maskalardan istifadə Nazirlər Kabinetinin müvafiq qərarı ilə müəyyən olunub”.
XəzərNews.az-ın məlumatına görə, bu fikirləri DİN-in Mətbuat xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev ARB-nin efirində deyib.

Nazirlik rəsmisinin sözlərinə görə, açıq və qapalı məkanlarda, bir və ya iki şəxsin hərəkət etdiyi ictimai yerlərdə tibbi maska taxmaq məcburidir:

“Bununla bağlı dünən rəsmi olaraq TƏBİB-dən açıqlama verilib ki, bu, onların rəsmi mövqeyi deyil. Cəmiyyətdə çaşqınlıq yaranmamalıdır. Pandemiya hələ bitməyib. Qaydalara ciddi şəkildə əməl edilməlidir ki, dövlət növbəti yumşaldılma tədbirlərini davam etdirsin.

Bu, hər birimizdən asılıdır. İndiyədək çəkilən əziyyət hədər getməməlidir. Hər bir vətəndaşın üzərinə düşməli olan vəzifə indiki vəziyyətdə tibbi maskalardan düzgün istifadə edilməsidir.

Bu, həm də qənunvericilik normasıdır. Yəni dövlətin məcburetmə tədbiridir. Əgər kimsə müvafiq yerlərdə tibbi maskadan istifadə etməzsə, polis tərəfindən aşkarlandıqda həmin şəxs barəsində qanunvericiliyə uyğun tədbirlər görüləcək”.

Xəbər 3221 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

25.04.2025  11:21 

18 yaşın mübarək, Qaynarinfo!

25.04.2025  11:17 

Prezident Kaya Kallası qəbul etdi


BÜTÜN XƏBƏRLƏR +