“Dünəndən ev, ailə, uşaqlarla maraqlanıram“
Dünya liderləri Roma Papası Fransisklə vidalaşır
Ərdoğan gələn ay Azərbaycana səfər edəcək
Daha 3 şəxs Rusiyadan Azərbaycana ekstradisiya olundu
Əvəz Zeynallının azadlıqda İLK FOTOSU
Vilayət Eyvazov iclas keçirdi, tapşırıqlar verdi
Azərbaycan milli mətbuatının 150 illik yubileyi keçiriləcək
İlham Əliyev ATƏT-in Baş katibini qəbul edib
Azərbaycan Pakistanı dəstəkləyir - Politoloq
İran Donald Trampı aradan götürmək istəyir


24.12.2019  13:38 

“Dörd ilə 240 min AZN xərcləmişəm...”





A+  A-

“Müğənninin qonorarı ona olan tələbat və öz işlərinə xərclədiyi maliyyə ilə tənzimlənir. Camaat böyük heyətlə oturub strategiya cızır, plan qurur”.
XəzərNews.az xəbər verir ki, bu sözləri müğənni-bəstəkar Murad Arif sosial şəbəkədə yazıb. Sənətçi 4 il ərzində sənətinə 240 min manat xərclədiyini etiraf edib:

“Bilin ki, il ərzində 3-4 video çıxaran, onu reklam edən, azı 2-3 konsert verən müğənni 250-300.000 AZN pul xərcləyir. Hərdən ziyanımıza da işləyirik. 2014-2018-ci illər arası yazdırdığım, çəkdirdiyim bütün işlərə şəxsən 240.000 AZN xərcləmişəm. Məndən 3-5 qat artığını da Miri Yusif, Aygün Kazımova, Tünzalə Ağayeva, Röya Ayxan xərcləyir. Qonorarları müzakirə edəndə, bir bunu da deyin də...

Daha bəziləri kimi, o kanal sənin, bu kanal mənim, hər dəxlisiz mövzuyla, repertuarın, öz hitlərin olmadan, sənətə pul xərcləmədən gündəm olmağa nə var ki? Başqasının pulunu saymaq, iş prinsipini tənqid etmək ədəbdən deyil... Etməyin”.

Xəbər 1191 dəfə oxunub.




25.04.2025  11:21 

18 yaşın mübarək, Qaynarinfo!

25.04.2025  11:17 

Prezident Kaya Kallası qəbul etdi


BÜTÜN XƏBƏRLƏR +