“Dünəndən ev, ailə, uşaqlarla maraqlanıram“
Dünya liderləri Roma Papası Fransisklə vidalaşır
Ərdoğan gələn ay Azərbaycana səfər edəcək
Daha 3 şəxs Rusiyadan Azərbaycana ekstradisiya olundu
Əvəz Zeynallının azadlıqda İLK FOTOSU
Vilayət Eyvazov iclas keçirdi, tapşırıqlar verdi
Azərbaycan milli mətbuatının 150 illik yubileyi keçiriləcək
İlham Əliyev ATƏT-in Baş katibini qəbul edib
Azərbaycan Pakistanı dəstəkləyir - Politoloq
İran Donald Trampı aradan götürmək istəyir


23.01.2018  14:32 

Röya və Aygün Bəylərin ilk məhkəməsi baş tutdu





A+  A-

Bu gün Əməkdar artist Röya Ayxanın həmkarı Aygün Bəylərə qarşı iddiası əsasında Səbail Rayon Məhkəməsində iclas başlayıb.
XəzərNews.az-ın xəbərinə görə, bu barədə Oxu.Az-a məlumat verən R.Ayxanın vəkili Vamiq Şükürov bildirib ki, hakim Zaur Əliyevin sədrliyi ilə keçirilən prosesdə A.Bəylər və nümayəndəsi məhkəməyə qatılmayıb:

“Hazırlıq iclasında anket məlumatlar dəqiqləşdirildi. Məhkəmənin növbəti vaxtı hələlik bəlli deyil. Bu barədə yaxın günlərdə açıqlama veriləcək. Röya xanım iddiasında Aygün Bəylər ARB televiziyasına müsahibəsində onun şərəf və ləyaqətini təhqir etdiyini yazıb. Buna görə də biz Aygün Bəylərdən mənəvi ziyana görə 50 min manat təzminat tələb edirik. Eyni zamanda, sözügedən şəxs mətbuat vasitəsilə səsləndirdiyi fikrilərin yalan olması barədə açıqlama verməlidir”.

Qeyd edək ki, Röya Ayxan və Aygün Bəylər arasında olan qalmaqal illər öncəsinə dayanır. Onlar arasında ilk mübahisə Kazım Sübhanın aparıcılıq etdiyi radio proqramında, daha sonra isə “Onlar” verilişində davam etmişdi. Üstündən bir neçə il keçəndən sonra isə ARB TV-nin “Səhər-səhər” proqramında Aygün Bəylərin Röya Ayxan barədə dediyi sözlər bu qalmaqalı məhkəməyə daşıyıb.

Xəbər 1627 dəfə oxunub.




25.04.2025  11:21 

18 yaşın mübarək, Qaynarinfo!

25.04.2025  11:17 

Prezident Kaya Kallası qəbul etdi


BÜTÜN XƏBƏRLƏR +