“Dünəndən ev, ailə, uşaqlarla maraqlanıram“
Dünya liderləri Roma Papası Fransisklə vidalaşır
Ərdoğan gələn ay Azərbaycana səfər edəcək
Daha 3 şəxs Rusiyadan Azərbaycana ekstradisiya olundu
Əvəz Zeynallının azadlıqda İLK FOTOSU
Vilayət Eyvazov iclas keçirdi, tapşırıqlar verdi
Azərbaycan milli mətbuatının 150 illik yubileyi keçiriləcək
İlham Əliyev ATƏT-in Baş katibini qəbul edib
Azərbaycan Pakistanı dəstəkləyir - Politoloq
İran Donald Trampı aradan götürmək istəyir


31.03.2017  12:29 

“Azercell”in milyonluq fırıldağı ifşa oldu - Məhkəmə qərarı





A+  A-

İllərdir, mobil operatorların müştərilərə fırıldaq gəlməsiylə bağlı şikayətlər, istifadəçilərin saysız-hesabsız narazılıqları artıq məhkəmə müstəvisinə keçib.
XəzərNews.az xəbər verir ki, tanınmış hüquqşünas Aslan İsmayılov Azərbaycanda ən böyük mobil operator olan "Azercell”i bu fırıldaqlıqlarla bağlı məhkəməyə verib və prosesi udub.

Hüquqşünas facebook hesabında yazıb ki, aylardır, uzanan məhkəmə çəkişməsi bu yaxınlarda sona çatıb və nəticədə "Azercell”in milyonluq fırıldağını ifşa etməyə müvəffəq olub: "Yadınızdadırsa bir vaxtlar telefonlarımıza ardı kəsilməyən SMS-lər gəlirdi. Açıb baxdıqda isə hansısa mobil xidmətinə abunə olmağımız bildirilirdi. Bu yolla minlərlə abunəçidən xəbərləri olmadan hər ay 5-10, bəzən isə 20 manat pul tuturdular. Araşdırdıqda bu yolla Azercell MMC-nin vətəndaşlardan milyonlar oğurladığını müəyyən etdim. Bu dələduzluq faktı ilə bağlı prokurorluğa müraciət etsəm də, heç bir araşdırma aparılmadı. Sonra bununla bağlı məhkəməyə müraciət etdim. Bu müddət ərzində 1 saylı İqtisad məhkəməsi, Apellyasiya Məhkəməsi və Ali Məhkəmə iddiamı qismən də olsa təmin etdi.

Məhkəmələr Azercell MMC-nin mobil telefon nömrəmin müxtəlif xidmətlərə qoşmaqla əsassız pul tutulmasını, müxtəlif telefon nömrələrindən reklam xarakterli SMS-lərin telefon nömrəmə göndərilməsini qanunsuz hesab etdi və gələcəkdə bu kimi hərəkətlərin edilməsini qadağan etdi”.

Xəbər 1199 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

25.04.2025  11:21 

18 yaşın mübarək, Qaynarinfo!

25.04.2025  11:17 

Prezident Kaya Kallası qəbul etdi


BÜTÜN XƏBƏRLƏR +