Ərdoğan gələn ay Azərbaycana səfər edəcək
Daha 3 şəxs Rusiyadan Azərbaycana ekstradisiya olundu
Əvəz Zeynallının azadlıqda İLK FOTOSU
Vilayət Eyvazov iclas keçirdi, tapşırıqlar verdi
Azərbaycan milli mətbuatının 150 illik yubileyi keçiriləcək
İlham Əliyev ATƏT-in Baş katibini qəbul edib
Azərbaycan Pakistanı dəstəkləyir - Politoloq
İran Donald Trampı aradan götürmək istəyir
İcra hakimiyyəti Novruz şənliyi üçün apreldə tender keçirib
Meyxanaçı həbs edilib - Gəncədə...


12.03.2024  16:46 

Kimi Dədə Qorquda iddia edir, kimi Qərbi Azərbaycanda qalmış...





A+  A-

Nizami Gəncəvi ilə bağlı qonşuların növbəti iddiaları ilə tanışsınız. Biz belə bir coğrafiyada yaşayırıq: daim kimsə, ya siyasi inzibati hüdudlarımıza, ya mədəni irsimizə iddia edəcək. Kimi Dədə Qorquda iddia edir, kimi Qərbi Azərbaycanda qalmış xristian qıpçaq ya müsəlman oğuz abidələrinə, kimi Nizamiyə, kimi Füzuliyə, kimi Səfəvilərə...

Təəssüf ki, doğma saydıqlarımız da belə davranırlar. Yalnız bizdə deyil bu hallar, Frank tarixi irsi uğrunda Almaniya, Avstriya, Fransa, hətta İtaliya arasında mübahisələr bu gün də davam edir.

Nə etməli?

Hamını asıb kəsmək, virtual pələnglik çıxış yolu deyil. Daha çox öz irsimizə sahiblənmək, daha çox özümüzə aidləri qorumalıyıq.

Konkret hala gəlincə, Nizami irsi ətrafında qonşuların başlatdığı ehtiraslar səngimədən Şairin mədəni- milli kimliyi ilə bağlı əsassız polemikalara son qoymaq üçün bəzi addımlara ehtiyac var.

Məsələn, bu il həm də Məhəmməd Əmin Rəsulzadə ilidir. Onun Nizami haqda əsərinin başqa dillərə də tərcüməsi lazımdır;

Beynəlxalq Nizami Gəncəvi mərkəzi adından hansısa etiraz müraciətləri verilə bilər;

Nizaminin Azərbaycan şairi kimi tanıdılmasında müstəsna rolu olan, sovet nizamişünaslığının banisi Yevgeni Bertelsin xatirəsini əbədiləşdirməklə bağlı addımlar atıla, əsərləri müxtəlif dillərdə dərc oluna bilər;

Tanınmış şərqşünas alim,Ukraynada azərbaycanşünaslıq məktəbinin banisi Aqafangel Krımskinin xatrirəsinin əbədiləşdirilməsi üçün addımlar atıla, onun Krım-tatar, Ukrayna və Azərbaycan xalqlarının mədəni əlaqələrinin inkişafında oynadığı rol nəzərə alınaraq barəsində sənədli film çəkilə və ya ən yaxşı nizamişünaslıq tədqiqatlarını dəyərləndirmək üçün adına mükafat təsis edilə bilər;

Elmi ictimaiyyətdə 1930-cu illərdə Nizami haqda tədqiqat aparmış bəzi alimlərin əsərlərinin(S. Mümtaz, A. Krımski) onlar repressiya olunduqdan sonra digər elm adamları tərəfindən öz adlarına çıxarılaraq plagiat edilməsi iddialar bu gün də səslənir.

Bəlkə elə buna da aydınlıq gətirilsin, repressiya olunmuş nizamişünasların müəllif hüquqlarının bərpası üçün xüsusi komissiya yaradılsın?

Dahi şairmiz haqqında yazılmış və bir zamanlar çox populyar olmuş “Qılınc və qələm” romanın motivləri əsasında film və ya tarixi serial çəkilməsi də maraqlı olardı. Nizami Azərbaycan ədəbiyyatına ilk dəfə ədəbi qəhrəman kimi o romanda gətirilib və əsər özü də artıq klassika nümunəsi sayılır.

Və s. və il. Güman edirəm, orta çağ ədəbiyyat tariximizin mütəxəssisləri daha çox təkliflər verə, əsası, daha faydalı iş görə bilərlər. Qoy qonşuların iddiaları da faydalı işlər üçün stimul, təşviq olsun...

Cəmaləddin Quliyev
Siyasi şərhçi


Xəbər 3573 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

25.04.2025  11:21 

18 yaşın mübarək, Qaynarinfo!

25.04.2025  11:17 

Prezident Kaya Kallası qəbul etdi


BÜTÜN XƏBƏRLƏR +