Vətəndaşları aldadan şəxslər saxlanıldı -VİDEO
Daha bir azərbaycanlı müharibədə həlak oldu -FOTO
Prezident fərman imzaladı
Gürcüstan xaricdə səsverməni qadağan edəcək
Ukrayna sülh, Rusiya isə müharibə istəyir- Makron
Baş nazirin birinci müavini istefa ərizəsi yazıb
Əhməd Oruc insult keçirib
Müğənni özü dəvətlərdən imtina edib -Nazirlik
Rus ordusu bu kəndləri işğal etdi
Türkiyədə erməni kilsəsi bərpa edilir


18.05.2021  09:46 

Bayden və Harrisin gəlirləri açıqlandı





A+  A-

ABŞ Prezidenti Co Bayden və həyat yoldaşı Cill 2020-ci ildə 600 mindən çox dollar, vitse-prezident Kamala Harris və onun həyat yoldaşı Daq Emhoff isə bu məbləğdən təqribən 3 dəfə çox qazanıblar.
XəzərNews.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Ağ Evin yaydığı vergi bəyannamələrində deyilir.

Bəyannamələrə əsasən, Prezident və həyat yoldaşı 607 336 dollar qazanıblar, 157 414 dollar federal gəlir vergisi ödəyiblər. Onlar, həmçinin xeyriyyə üçün 30 704 dollar xərcləyiblər, o cümlədən amerikalı liderin 2015-ci ildə vəfat edən oğlu Bo Baydenin adını daşıyan fonda 10 min dollar məbləğində çek yazıblar.

Federal vergidən başqa, Prezident və birinci xanım Delaver ştatına 29 min dollara yaxın və Virciniya ştatına 443 dollar vergi ödəyiblər.

Harris və onun həyat yoldaşı 1 695 225 dollar qazanıblar və 621 893 dollar federal gəlir vergisi ödəyiblər. Bundan əlavə, onlar Kaliforniyaya 125 min dollar, Kolumbiya dairəsinə 57 min dollar gəlir vergisi ödəyiblər, həmçinin xeyriyyə məqsədilə 27 min dollar ianə ediblər.

Bayden 2020-ci ilin böyük hissəsini vitse-prezident və prezidentliyə namizəd olub, Harris isə vitse-prezident seçilməzdən əvvəl senator olaraq çalışıb.

Xəbər 3683 dəfə oxunub.




17.11.2025  17:25 

Prezident fərman imzaladı

17.11.2025  16:41 

Əhməd Oruc insult keçirib

17.11.2025  10:30 

Şəhid anası vəfat etdi -FOTO


BÜTÜN XƏBƏRLƏR +