Vətəndaşları aldadan şəxslər saxlanıldı -VİDEO
Daha bir azərbaycanlı müharibədə həlak oldu -FOTO
Prezident fərman imzaladı
Gürcüstan xaricdə səsverməni qadağan edəcək
Ukrayna sülh, Rusiya isə müharibə istəyir- Makron
Baş nazirin birinci müavini istefa ərizəsi yazıb
Əhməd Oruc insult keçirib
Müğənni özü dəvətlərdən imtina edib -Nazirlik
Rus ordusu bu kəndləri işğal etdi
Türkiyədə erməni kilsəsi bərpa edilir


07.01.2021  10:08 

Vaşinqtonda fövqəladə vəziyyət rejimi uzadıldı





A+  A-

Vaşinqton meri Müriel Bauzer hazırkı Prezident Donald Trampın tərəfdarları tərəfindən törədilən iğtişaşlar səbəbindən şəhərdəki fövqəladə vəziyyəti daha 15 gün uzadıb.
XəzərNews.az xəbər verir ki, qərar şəhər administrasiyasının rəsmi veb-saytında yerləşdirilib.

Bauzer verdiyi açıqlamada çoxlarının şiddət və dağıntı yaratmaq məqsədi ilə Vaşinqtona gəldiklərini bildirib. O qeyd edib ki, bu hisslər Trampın keçmiş seçkilərin qanunsuzluğu barədə “nifrət və şiddət” nitqindən məğlubiyyətini etiraf etməməsindən qaynaqlanır. Bununla əlaqədar olaraq şəhərdəki fövqəladə rejim 21 yanvar tarixinə qədər uzadılıb. Beləliklə, yeni seçilmiş prezident Co Baydenin 20 yanvarda keçiriləcək andiçmə mərasimi bu müddətə düşəcək.

Xatırladaq ki, yanvarın 6-da Trampın tərəfdarları Konqres Binasına hücum edib Senat Zalını mühasirəyə alaraq, Senat və Nümayəndələr Palatasının son seçkilərin nəticələrini təsdiqləməyi planlaşdırdığı iclasa müdaxilə ediblər. Tramp tərəfdarlarını dinc hərəkət etməyə və polisi dəstəkləməyə çağırıb. Konqres binası daha sonra etirazçılardan təmizlənib.

ABŞ-ın sabiq Prezidenti Barak Obama Trampı zorakılığa təhrik etməkdə günahlandırıb və Nümayəndələr Palatasının vitse-prezidenti Mayk Pensi Trampı hakimiyyətdən uzaqlaşdırmaq üçün Konstitusiyaya 25-ci düzəlişdən istifadə etməyə çağırıb.



Xəbər 3820 dəfə oxunub.




17.11.2025  17:25 

Prezident fərman imzaladı

17.11.2025  16:41 

Əhməd Oruc insult keçirib

17.11.2025  10:30 

Şəhid anası vəfat etdi -FOTO


BÜTÜN XƏBƏRLƏR +