Vətəndaşları aldadan şəxslər saxlanıldı -VİDEO
Daha bir azərbaycanlı müharibədə həlak oldu -FOTO
Prezident fərman imzaladı
Gürcüstan xaricdə səsverməni qadağan edəcək
Ukrayna sülh, Rusiya isə müharibə istəyir- Makron
Baş nazirin birinci müavini istefa ərizəsi yazıb
Əhməd Oruc insult keçirib
Müğənni özü dəvətlərdən imtina edib -Nazirlik
Rus ordusu bu kəndləri işğal etdi
Türkiyədə erməni kilsəsi bərpa edilir


31.10.2018  16:31 

Yük maşınları niyə cərimə olunur?





A+  A-

Son günlər sosial şəbəkələrdə yük avtomobili sürücülərinin cərimlənməsi ilə bağlı onların narazılıqlarını əks etdirən videogörüntülər yayılıb. Həmin şəxslər evlərinə gedərkən belə radara düşərək 40 manat cərimələndiklərini bildiriblər.
XəzərNews.az-ın verdiyi xəbərə görə, ekspert Ərşad Hüseynov bildirib ki, cərimələri 3.4 "Yük avtomobillərinin hərəkəti qadağandır" nişanının tələbini pozmaya görə yazırlar: “Prezidentin 1 fevral 2006-cı il 1255 saylı sərəncamını və Yol hərəkəti təhlükəsizliyi komissiyasının Bakıya yük avtomobillərinin girişini məhdudlaşdırmaq barədə məlum qərarını da nəzərə alsaq, bu 3.4 nişanını icazə verilən maksimal kütləsi 5 tondan artıq yük avtomobillərinə aid olmaqla (üstündə "5 t" yazılmaqla) və qadağan olunmuş müddət də (8.00-21.00; 7.00- 21.00 və ya 7.00- 20.00 aralığı) göstərməklə tətbiq etmək lazımdır.

Belə olduqda həmin nişanların qoyulduğu yol sahəsinə daxil olan icazə verilən maksimal kütləsi 5 tondan artıq yük avtomobillərinin sürücləri cərimələnə bilər. Belə nişan olmayan küçələrdə və prospektlərdə isə heç kəsə cərimə yazıla bilməz. Bu qadağa şəhərdən çıxışa aid olmadığı üçün şəhərdən çıxanlara da cərimə yazıla bilməz.

Ayrıca bir problem də bu məhdudiyyətin hamıya aid olmamsı, kimlərinsə ürəyi istədiyi vaxt şəhərdə hərəkət edə bilməsidir. Məlumat üçün deyim ki, hazırda qüvvədə olan qanunvericilikdə məhdudiyyət vaxtı şəhərə buraxılışın hansı əsasla, nə səbəbdən, hansı sənədlərlə və kimə verilə bilməsi nəzərdə tutulmur. Yəni bu məsələ hüquqi olaraq tənzimlənməmiş qalır”.

Xəbər 2889 dəfə oxunub.




17.11.2025  17:25 

Prezident fərman imzaladı

17.11.2025  16:41 

Əhməd Oruc insult keçirib

17.11.2025  10:30 

Şəhid anası vəfat etdi -FOTO


BÜTÜN XƏBƏRLƏR +