Yaşayış binasında yanğın söndürüldü
COVID-19-dan insanların beyni niyə “dumanlanır”?
Masajçı, yoxsa kosmetoloq? – FOTO
Hansı yaşdan sonra silah əldə edə bilərsiz?
Rusiya Paşinyanı bağışlayacaqmı?
Sabahın HAVAsı... - 22 dərəcə isti olacaq
Türk həkim azərbaycanlıları təhqir etdi - SƏS YAZISI
Qrant müsabiqələrinin nəticələrini təsdiq olundu
Ombudsman Səbinə Əliyeva hesabat verir
Rusiya ordusu Xarkovu vurdu, yaralılar var


06.11.2023  12:34 

Xaçaturyanın cinayət məsuliyyətini yüngülləşdirən hallar varmı?





A+  A-

Təqsirləndirilən şəxs Xaçaturyan Vaqif Çerkezinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1-ci maddəsində nəzərdə tutulmuş məsuliyyətini yüngülləşdirən hallar yoxdur.

Xəzərnews.az xəbər verir ki, bu barədə Bakı Hərbi Məhkəməsinin hakimi Zeynal Ağayev proses iştirakçılarını Xaçaturyan Vaqif Çerkezinin məhkəmə ekspertiza rəyləri barədə məlumatlandırarkən deyib.

Həmçinin qeyd olunub ki, məhkəmə portretşünaslıq ekspertizasının rəyinə əsasən, tədqiqata təqdim olunmuş fotogörüntüdə əks olunmuş və şərti olaraq 1, 2, 3 rəqəmləri ilə işarələnmiş fotoşəkillərdəki hərbi və mülki geyimdə olan kişi cinsli şəxsin xarici görünüş elementləri və əlamətləri keyfiyyətli, tam və aydın əks olunduğundan eyniləşdirmə tədqiqatı üçün yararlıdır. Tədqiqata təqdim edilmiş fotogörüntüdə əks olunmuş və şərti olaraq rəqəmlərlə işarələnmiş hərbi və mülki geyimdə olan şəxslərin fotoşəkillərində və müqayisəli material qismində təqdim edilmiş Vaqif Xaçaturyana dair fotoşəkillərdə eyni bir şəxs əks olunub.

Xəbər 4571 dəfə oxunub.




06.03.2025  21:18 

Biz futbolu harda oynayırıq?


BÜTÜN XƏBƏRLƏR +