Donetskdə matəm elan edildi
London Parisin strateji səhvini düzəltdi
AAAF parkda 14 saatdır su gəlmir - ŞİKAYƏT
Elmlə məşğul olanlar bu boşluqda əzilir... - Alim
Ruslar Ukraynaya 3 “İsgəndər” raketi atdı
İstilər başladı...
Azərbaycanda kartof bahalaşdı - Video
Əhəd Abıyev villasını 2 milyon dollara satır - Video
Mingəçevirdə ağır yol qəzası baş verib
Yaşayış binasında yanğın söndürüldü


27.10.2020  19:37 

Baş Prokurorluq Bərdəyə atılan raketlə bağlı məlumat yaydı





A+  A-

Ermənistanın silahlı qüvvələri elan edilmiş humanitar atəşkəs rejiminin tələblərini kobud şəkildə pozmaqla dinc mülki əhalimizə qarşı cinayət əməllərini davam etdirir.
Baş Prokurorluğun Mətbuat xidmətindən XəzərNews.az-a verilən məlumata görə, bu gün günorta saatlarından başlayaraq düşmənin silahlı birləşmələri tərəfindən Goranboy və Bərdə rayonları müxtəlif istiqamətlərdən intensiv raket və ağır artilleriyadan atəşə tutulub.

Erməni silahlı qüvvələri tərəfindən saat 16 radələrində Bərdə rayonunun Qarayusifli kəndinin müxtəlif istiqamətlərdən ağır artilleriyadan atəşə tutulması nəticəsində dinc sakinlər Cəfərova Ofeliya Məcid qızı, Əhmədova Aybəniz Əşrəf qızı, İsmayılov Ehtiram Xəlil oğlu və 2013-cü il təvəllüdlü İsgəndərova Aysu Rövşən qızı həlak olmuş, 7 nəfər isə xəsarət alıb.

Hazırda prokurorluq əməkdaşları tərəfindən mövcud şəraitdə mümkün olan bütün istintaq tədbirləri həyata keçirilməklə zərərçəkmiş şəxslərin siyahısının dəqiqləşdirilməsi üzrə işlər aparılır.



Xəbər 2066 dəfə oxunub.




08.03.2025  14:52 

Donetskdə matəm elan edildi

08.03.2025  12:43 

İstilər başladı...


BÜTÜN XƏBƏRLƏR +