Donetskdə matəm elan edildi
London Parisin strateji səhvini düzəltdi
AAAF parkda 14 saatdır su gəlmir - ŞİKAYƏT
Elmlə məşğul olanlar bu boşluqda əzilir... - Alim
Ruslar Ukraynaya 3 “İsgəndər” raketi atdı
İstilər başladı...
Azərbaycanda kartof bahalaşdı - Video
Əhəd Abıyev villasını 2 milyon dollara satır - Video
Mingəçevirdə ağır yol qəzası baş verib
Yaşayış binasında yanğın söndürüldü


25.10.2017  16:38 

Lənkəranskinin dəstəsinin üzvləri yaxalandı - FOTOLAR





A+  A-

Rusiyanın Sankt-Peterburq şəhərində Rövşən Lənkəranskinin dəstəsinin üzvləri olan Emin Əhmədov, Hüseyn İsgəndərov və Mehman Əmiraslanov saxlanılıblar. Həmin adamlar "Lotu Quli”nin yaxın ətrafına aid olan Elşən Məmmədovun qətlində günahkar bilinir.
Bildirilir ki, Elşən Məmmədov Lotu Qulinin ən yaxın adamlarından biri olub. O, bu il sentyabrın 12-də Tiflisin mərkəzində "Toyota Land Cruiser” markalı avtomobilində güllələnib.

Haqqın.az saytının verdiyi məlumata görə, Emin Əhmədov kriminal avtoritet, hazırda Moskvada sahibkar olaraq fəaliyyət göstərən Zaur Əhmədovun doğma qardaşıdır. Rövşən Lənkəranskinin Türkiyədə öldürülməsindən sonra onun "imperiya”sı faktiki olaraq bacısının əri və yaxın qohumu Zaur Əhmədov tərəfindən idarə edilir.

Zaur Əhmədov həm də Lotu Qulinin adamlarına qarşı edilən sui-qəsdlərin əsas təşkilatçısı sayılır.

Xəbərdə Emin Əhmədov, Hüseyn İsgəndərov və Mehman Əmiraslanovun içərisində olduğu "VAZ 2114” markalı avtomobilin Sankt-Peterburq şəhərinin Turku küçəsində dayandığı qeyd olunur.

(Hüseyn İsgəndərov)
Baş leytenant V. Denisenkonun rəhbərlik etdiyi polis dəstəsi həmin adamları saxlayaraq, avtomobildə yoxlanış həyata keçiriblər. Axtarış zamanı bir tapança, qandal, maska və xüsusi əlcəklər olan paket aşkar edilərək götürülüb.

Həmin silah ekspertizaya göndərilib.

Sankt-Peterburq əməliyyatçılarının sözlərinə görə, adıçəkilən şəxslər yeni sifarişli qətl hazırlayırmışlar.

(Emin Əhmədov)
Bundan başqa Zaur Əhmədovun öz qardaşını azad etdirmək üçün polisə külli-miqarda pul təklif etdiyi məlum olub

Xəbər 2146 dəfə oxunub.



08.03.2025  14:52 

Donetskdə matəm elan edildi

08.03.2025  12:43 

İstilər başladı...


BÜTÜN XƏBƏRLƏR +