Mingəçevirdə ağır yol qəzası baş verib
Yaşayış binasında yanğın söndürüldü
COVID-19-dan insanların beyni niyə “dumanlanır”?
Masajçı, yoxsa kosmetoloq? – FOTO
Hansı yaşdan sonra silah əldə edə bilərsiz?
Rusiya Paşinyanı bağışlayacaqmı?
Sabahın HAVAsı... - 22 dərəcə isti olacaq
Türk həkim azərbaycanlıları təhqir etdi - SƏS YAZISI
Qrant müsabiqələrinin nəticələrini təsdiq olundu
Ombudsman Səbinə Əliyeva hesabat verir


24.01.2025  18:22 

Azərbaycanda referendum keçiriləcəyi təsdiqlənir





A+  A-

Bu ilin aprelində Azərbaycanda referendum keçiriləcəyi gözlənilir.

Referendumda Konstitusiyaya bir sıra dəyişikliklər səsverməyə çıxarılacaq.

Qeyd edək ki, Milli Məclisin İnsan hüquqları komitəsinin son iclasında komitə sədri Zahid Oruc da “Konstitusiya və Suverenlik ili” çərçivəsində ölkədə "yeni referendumun keçirilməsinin mümkün olduğunu" bildirib.

Konstitusiyaya hansı dəyişikliklərin ediləcəyinə gəlincə, ehtimallara görə, ölkənin inzibati ərazi bölgüsünə dəyişikliklər ediləcək, icra hakimiyyətləri ləğv ediləcək. Bu dəyişikliklə əlaqədar olaraq zonalar üzrə Prezidentin xüsusi nümayəndəliklərinin yaradılacağı gözlənilir. Referendumda həmçinin Nazirlər Kabineti, proporsional seçki sisteminin bərpası, Naxçıvanın statusu, bələdiyyələrinin səlahiyyətini artırılması kimi məsələlərin də səsverməyə çıxarılacağı gözlənilir.

Qeyd edək ki, 2025-ci il Prezident İlham Əliyevin Sərəncamı ilə “Konstitusiya və Suverenlik İli” elan edilib./Bakupost.az

Xəbər 2013 dəfə oxunub.




06.03.2025  21:18 

Biz futbolu harda oynayırıq?


BÜTÜN XƏBƏRLƏR +