Şahin Bağırov yeni rəis təyin etdi
Qırğızıstan və Tacikistan tarixi razılaşma imzaladı
Qaz balonu partladı: Xəsarət alanlar var
“Natiq Əliyev” tankeri yük gəmisi ilə TOQQUŞUB
Həmin qılıncın üzərində nə yazılıb?
Təbrizdə "Bu qala daşlı qala" ifa OLUNDU
Nurlan Libre barəsində həbs qərarı verildi
Prokurorluq bu şirkətlərə cinayət işi açdı – Siyahı
Kiyevdə terrorun qarşısı alındı
Bu binalarda istiliklə bağlı problem yaranıb


27.09.2022  11:31 

Sənədsiz evlərlə bağlı yenilik olacaq - Açıqlama





A+  A-

Sənədsiz ev problemi bu gün də ən aktual məsələ olaraq qalır. Yüz minlərlə şəxsin daşınmaz əmlakı hələ də dövlət qeydiyyatına alınmayıb. Müvafiq qurumlar həmin evləri işıq, su, qaz ilə təmin etsələr də, ancaq həmin evlərin sənədləşdirilməsi məsələsi problem olaraq qalmaqdadır.

Xatırladaq ki, Prezident İlham Əliyev sənədsiz evlərin sənədləşdirilməsi ilə bağlı müvafiq fərman imzalayıb. Buna uyğun olaraq işçi qruplar, komissiyalar da yaradılıb. Lakin bu problem hələ də öz həllini tapmayıb.

Maraqlıdır, on illərdir davam edən problemlə bağlı hansı yeniliklər var?

Mövzu ilə bağlı Redaktor.az-a açıqlama verən Milli Məclisin deputatı Vahid Əhmədov bildirdi ki, bir sıra dövlət qurumlarında bu istiqamətdə işlər davam etdirilir.

“Bu istiqamətdə işlər gedir. Əmlak Komitəsi də, Bakı Şəhər İcra Hakimiyyəti də bu yöndə işləyirlər. Dövlət başçısının sərəncamı da artıq hazır formadadır. Düzdür, mübahisəli məsələlər var, amma öz həllini tapacaq. Neçə vaxtdır ki, Prezidentin də bu barədə göstərişi var. Yaxın müddətdə problem həll olunmalıdır”,- deyə deputat vurğulayıb.

Millət vəkili hesab edir ki, dəmiryolu xəttinin üzərində, elektrik və qaz xəttinə yaxın olan evlərə sənəd verilməyəcək:

“Belə evlər kifayət çoxdur. Həmin şəxslərə başqa yerdən ev veriləcək. Yəqin ki mənzillə təmin olunacaqlar”.

Xəbər 6574 dəfə oxunub.




21.02.2025  16:54 

Köln kilsəsi boşaldıldı

21.02.2025  13:49 

Viktor Qonçarov SAXLANILDI


BÜTÜN XƏBƏRLƏR +