Heç kim Ukraynanı bu prosesdən kənarda qoymur - Putin
Prokuror Tofiq Yaqubluya cəza istədi: 10 il
“Talassemiya işi”nə görə məhkəməyə çağırılacaqlar
99-AF-009 nömrəli “Rolls Royce“ hərraca çıxarıldı
Bu yol əsaslı təmir olunacaq - Sərəncam
Rusiya Xersonda ambulansı vurdu
Məşhur müğənni 25 milyonluq evini satır
AFFA-nın bu qərarı ədalətlidir?
Zelenski: Əhalinin 57%-i məni dəstəkləyir
“Qazaxlı Alik“in oğluna hökm oxundu


14.02.2025  17:32 

Xaricdə alınmış distant təhsil tanınmır?





A+  A-

Azərbaycan Respublikasının Təhsil haqqında Qanununa görə, distant təhsil forması mövcuddur. Bununla belə xarici təhsil müəssisələrində distant təhsil alan tələbələrin diplomları tanınmır. Xarici ölkələrdə yalnız əyani və qiyabi formada təhsil alan şəxslərin diplomları Təhsildə Keyfiyyətin Təminatı Agentliyi tərəfindən tanınır.

Mövzu ilə bağlı Modern.az-a danışan elm vətəhsil eksperti Kamran Əsədov bildirib ki, hazırda Azərbaycanda kənarda fəaliyyət göstərən təhsil müəssisələrində 45 min nəfər azərbaycanlı gənc öz vəsaiti hesabına təhsil alır:

“Azərbaycandan kənara o şəxslər oxumağa gedir ki, onlar ölkəmzidə keçirilən qəbul imtahanından yetərli bal toplamırlar, amma hərbi xidmətdən möhlət almaq istəyirlər. Yaxud da gələcəkdə əmək bazarına ali təhsilli mütəxəssis kimi daxil olmaq istəyirlər. Onlar bu və ya digər şirkətlər vasitəsilə xaricdə təhsil almağa gedirlər. Baxmayaraq ki, 2009-cu ildə qəbul edilmiş Təhsil haqqında Qanuna görə Azərbaycanda təhsilalma formalarından biri kimi distant, yəni məsafədən təhsil nəzərdə tutulub, amma bunun hüquqi bazası yoxdur. Məsələnin mahiyyəti ondan ibarətdir ki, Azərbaycan tərəfi mütəmadi olaraq elan edir ki, yalnız xarici ölkələrdə əyani və qiyabi təhsil almış şəxslərin diplomları tanınacaq. Müvafiq qurum dəfələrlə bildirir ki, distant, uzaktan eğitim vəs onlar tərəfindən tanınmır. Ona görə tanınmır ki, tələbənin dərslrədə necə iştirak etdiyi, biliyinin necə qiymətləndirildiyi yoxlanılıb ölçülə bilmir. Bu ciddi məsələdir. Buna baxmayaraq kimlərsə diplomlarını hansısa yollarla tanıtmağı düşünür”.

Ekspert qeyd edib ki, burada istisna Azərbaycan Dövlət İqtisad Universitetinin Dərbənd filialı ilə bağlıdır:

“İqtisad Universiteti Azərbaycanda ən nüfuzlu universitetlər arasında ilk sıralardadır. Onun Dərbənd filialında kifayət qədər perpektivli müəllimlər, ixtisaslar var, şəffaf qəbul keçirilir. Düşünürəm ki, orada sadəcə yoxlama ölçmə problemi var. Bilirsiniz ki, Azərbaycanda quru sərhədlər bağlıdır, birbaşa hərəkətlə bağlı problemlər var. Burada Gürcüstan, Ukrayna və digər ölkələrlə müqayisədə vəziyyət fərqlidir. Çünki İqtisadiyyat Universiteti özümüzündür, Dərbənd filialında müəyyən qədər fərqli yanaşma tətbiq olunmalıdır. Məsələnin mahiyyəti odur ki, Ali təhsil haqqında Qanun qəbul olunandan və ayrıca distant təhsil hüquqi bazası formalaşandan sonra bunun mexanizmi müəyyənləşə bilər. Amma hazırda Azərbaycanda diplomların tanınması ilə məşğul olan Təhsildə Keyfiyyətin Təminatı Agentliyi yalnız əyani və qiyabi təhsil alma formalarını tanıyır. Onun da müddəti var, məsələn qiyabi təhsil alan şəxslər semestr ərzində ən az 15 gün təhsil aldıqları ölkənin ərazisində olmalıdırlar. Bu vacibdir, biz birdən-birə desək ki, bu dəyişməlidir, digərlərinə qarşı haqsızlıq olar. Kimlərsə qəbul imtahanlarında əziyyət çəkib bal toplayır, kimlərsə adi attestatla hansısa universitetə qəbul olur, sonra oxuduqları müddətdə hansısa yollarla qiymət alırlar. Bu diplomlar eyni ola bilməz, bu hər halda digərlərinə qarşı hörmətsizlikdir. Hər kəs bilməlidir ki, xaricdə alınmış distant təhsil tanınmır”.


Xəbər 2175 dəfə oxunub.




19.02.2025  17:39 

Millimiz Qazaxıstana qalib gəldi

19.02.2025  17:31 

Bakı Arbitraj Mərkəzi yaradıldı

19.02.2025  17:22 

Rusiya Xersonda ambulansı vurdu

19.02.2025  17:19 

AFFA-nın bu qərarı ədalətlidir?

19.02.2025  16:43 

Azərbaycanda zəlzələ oldu


BÜTÜN XƏBƏRLƏR +