Hafiz Həsənov ev dustağı oldu
İsmayıllıda intihar hadisəsi baş verib
Əbülfəz Səricanov DTX tərəfindən saxlanıldı
Yol polisi radara düşdü, cərimə vətəndaşa gəldi
Mövqelərimiz atıcı silahlardan atəşə tutuldu
Mövqelərimiz Keşişkənd istiqamətindən atəşə tutuldu
Seyran Səxavət Məleykə Abbaszadəyə şərt qoydu
İmamoğlu kimi itin-qurdun yanında olan... - Deputat
“Ortada hüquqi dövlət yoxdur“ - İncə
Türkiyədə tələbələr ayağa qalxdı - Video


24.01.2023  11:18 

Baş prokurorluq onlara müraciət etdi





A+  A-

"Bəzi sosial şəbəkə və media səhifələrində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi və Nefçala rayon prokurorluğunun keçirdikləri birgə əməliyyat nəticəsində Neftçala bələdiyyəsinin sədri Rövşən Quliyevin saxlanılması barədə dəqiqləşdirilməmiş məlumatlar yayılıb".

XəzərNews.az xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb.

"Qeyd olunan faktla bağlı 21.10.2022-ci il tarixdə Neftçala rayon prokurorluğu tərəfindən rayon bələdiyyəsində baş vermiş qanunsuzluqlara dair cinayət işinin başlanması barədə məlumat yayılmışdır ( https://genprosecutor.gov.az/az/post/5746 ).
Bildiririk ki, Cinayət işi üzrə toplanmış sübutlar əsasında sabiq bələdiyyə sədri Rövşən Quliyev 23.01.2023-cü il tarixdə Cinayət Məcəlləsinin 179.3.2 (qulluq mövqeyindən istifadə etməklə mənimsəmə), 179.2.4 (xeyli miqdarda mənimsəmə), 311.3.3-cü (külli miqdarda rüşvət alma) və digər maddələrilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir.

Baş Prokurorluğun Mətbuat xidməti bir daha media nümayəndələri və sosial şəbəkə istifadəçilərini informasiyaları dərc edərkən rəsmi mənbədən dəqiqləşdirməyə və qərəzsiz olmağa çağırır", - məlumatda deyilir.

Xəbər 924 dəfə oxunub.




21.03.2025  11:59 

Hafiz Həsənov ev dustağı oldu


BÜTÜN XƏBƏRLƏR +