Hafiz Həsənov ev dustağı oldu
İsmayıllıda intihar hadisəsi baş verib
Əbülfəz Səricanov DTX tərəfindən saxlanıldı
Yol polisi radara düşdü, cərimə vətəndaşa gəldi
Mövqelərimiz atıcı silahlardan atəşə tutuldu
Mövqelərimiz Keşişkənd istiqamətindən atəşə tutuldu
Seyran Səxavət Məleykə Abbaszadəyə şərt qoydu
İmamoğlu kimi itin-qurdun yanında olan... - Deputat
“Ortada hüquqi dövlət yoxdur“ - İncə
Türkiyədə tələbələr ayağa qalxdı - Video


20.01.2023  11:50 

Şəhidlərlə bağlı nalayiq sözlər işlədən qadın saxlanıldı





A+  A-

"TikTok" sosial şəbəkəsində 20 Yanvar faciəsinin qurbanları barədə nalayiq ifadələr işlədən qadın saxlanılıb.

XəzərNews.az Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımova istinadla xəbər verir ki, "TikTok" sosial şəbəkəsində bir nəfər xanım vətəndaşın canlı yayım zamanı 20 Yanvar faciəsinin qurbanları barədə nalayiq ifadələr işlətməsi barədə Gəncə Şəhər Baş Polis İdarəsində müvafiq araşdırma aparılıb.

Keçirilən texniki-axtarış tədbirləri nəticəsində həmin şəxsin Gəncə şəhər sakini Gülnarə İsgəndərova olması müəyyən olunaraq Gəncə Şəhər Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsinə dəvət olunub.

Şöbədə həmin şəxslə profilaktiki söhbət aparılıb və qeyd edilib ki, 20 Yanvar faciəsi ümumxalq hüzn günüdür və həmin gün şəhid olanlar bugünkü müstəqil dövlətimiz üçün edilmiş qəhrəmanlıqdır.

G.İsgəndərova ifadəsində etdiyi əməldən peşman olduğunu və bütün şəhid ailələrindən və Azərbaycan xalqından üzr istədiyini bildirilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Xəbər 1069 dəfə oxunub.




21.03.2025  11:59 

Hafiz Həsənov ev dustağı oldu


BÜTÜN XƏBƏRLƏR +