“Yelo Bank“da çənə sındıran filial müdiri...
İmamoğlu ilə bağlı həbs qərar yoxdur - Prokurorluq
Yağıntılı və küləkli hava davam edib
Azərbaycanda müavinət və təqaüdlər artacaq
Mübarizəni davam etdir! - CHP-dən açıqlama
Rusiya Kiyevə kütləvi hava hücumu həyata keçirib
İmamoğlu və 90 şübhəlinin dindirilməsi başladı
Əli Kərimlinin mühafizəçisi niyə saxlanılıb? - Foto
Paşinyan referendumun vaxtını açıqladı
“Uşaq da, ana da sağlamdır“ dedilər, amma...


20.03.2024  21:41 

Nazpəri Dostəliyeva ölsə, sənin ömrün uzanacaq? - Əbləh!





A+  A-

Ötən gün oxudum: Yaponiyada işçi çatışmazlığı var. Lütfən, yuxarıda yazdıqlarımı bir də oxuyun. Bəli, bəli, iş var, amma işçi yoxdur.

Yaponiya hökuməti vəziyyətdən çıxış yolu tapıb: Bundan sonra 75-80 yaşlı adamları taksi sürücüsü kimi işə cəlb edəcək. Beləcə, həm sərnişinlərin taksi gözləməkdən gözlərinin kökü saralmayacaq, həm də pensiyaçıların gəliri bir az da artacaq.

Ağzımızda Yaponiya deyirik. Dünya bu ölkəyə boş yerə qibtə etmir...

Bu xəbəri isə indi oxumuşam. Sovet jurnalistlərinin təbirincə desək, mürəkkəbi hələ qurumayıb...

Deməli, məni uzaqdan, amma dünyanı yaxından maraqlandıran məsələ dəqiqləşib. 2024-cü ilin noyabrında ABŞ-da keçiriləcək prezident seçkilərində iki namizəd olacaq: Hazırkı prezident Co Bayden və sabiq dövlət başçısı Donald Tramp. Onlar Demokratlar və Respublikaçıların bir sıra ştatlarda keçirdiyi növbəti partiyadaxili seçkilərdə qalib gəliblər.

Bilirsiniz, Co Baydenin neçə yaşı var? Doğum tarixini yazım, yaşını birlikdə hesablayaq: Bayden 1942-ci ildə Pensilvanyada anadan olub. 2024-dən 1942-ni çıxanda yerdə 82 qalır.

Maşallah!

Keçək Donald Trampa. Siz onun özünü bəzən uşaq kimi aparmağına baxmayın, orta statistik azərbaycanlının təbirincə desək, meşədə onunla yaşıd olan ağac yoxdur.

Yox, bir az şişirtdim. Tramp müəllim Baydendən 4 yaş kiçikdir. Onun cəmi 78 yaşı var.

Bəli, ABŞ-da 78 böyük yaş sayılmır. Əgər 82 yaşlı Bayden yenidən prezident olmaq istəyirsə, 78 yaşlı Tramp niyə evdə oturub Əzrayılın yolunu gözləməlidir?

Sizcə, Azərbaycanda 82 yaşlı adam prezidentliyə namizədliyini irəli sürsəydi, ona nə deyərdilər?

Mütləq belə deyərdilər: "A kişi, meşədə sənin yaşında ağac yoxdur. Niyə ayağını uzadıb xarabanda ölmürsən?"

Yəqin ki, belə də deyərdilər: "Əzrayıl neçə ildi səni axtarır? Harada gizlənmişdin?"

Hər dəfə araq içəndə üzünü Allaha tutub günahının bağışlanmasını xahiş edən mühasib tanışım isə mütləq belə deyərdi: "Ağsaqqal, o biri dünyada 15 ildi sənə qayıb qoyurlar".

Bilirsiniz, bu mövzuda niyə yazıram? Son günlər bəzi əbləhlər sosial şəbəkələrdə Xalq artisti Nazpəri Dostəliyevaya qarşı kampaniya aparırlar. Nazpəri xanımın tez-tez müxtəlif səhnələri bölüşməsini həzm edə bilməyən cılız adamlar onun ünvanına qarğış, nifrin yağdırmaqdan belə çəkinmirlər. Müğənninin övladının bir neçə il əvvəl dünyasını dəyişdiyini əlində bayraq edərək, səhnəmizin ən gözəl xanımına ölüm arzulayanlar da var...

Dünyada övladını itirən təkcə Nazpəri xanımdır? Bu itki onu için-için yandıranda görmədiniz? Allah ağlınızı əlinizdən almışdı, yoxsa, gözləriniz kor olmuşdu?

Bir insan hansı əxlaqla başqasına ölüm arzulaya bilər?

Sizcə, Nazpəri xanım sənətini atıb dərzilik etməlidir?

Nazpəri xanım ölsə, sizin ömrünüz uzanacaq?

Ömrü verən də, alan da Allahdır. Öz işinizlə məşğul olun.

Yazdığınız şərhlərdən aydın olur ki, ciddi bir işiniz də yoxdur. Ola bilsin ki, heç kimə lazım deyilsiniz, amma Nazpəri xanım Azərbaycan mədəniyyətinə çox lazımdır...

İmkan verin, sənəti ilə məşğul olsun...

Seymur VERDİZADƏ

Xəbər 1404 dəfə oxunub.




23.03.2025  13:12 

Onların saatı 37 min AZN-dir...

22.03.2025  17:47 

Ərdoğan niyə bu addımı atdı?

22.03.2025  11:43 

Allah var, bilirəm...

22.03.2025  10:00 

Ruslar Zaporojyeni atəşə tutub

21.03.2025  11:59 

Hafiz Həsənov ev dustağı oldu


BÜTÜN XƏBƏRLƏR +