Azərbaycan Pakistanı dəstəkləyir - Politoloq
İran Donald Trampı aradan götürmək istəyir
İcra hakimiyyəti Novruz şənliyi üçün apreldə tender keçirib
Meyxanaçı həbs edilib - Gəncədə...
Yarım milyonluq kibercinayətkarlıq - Bakıda...
Generalın avtomobili partladıldı
Aİ Azərbaycanın ən böyük ticarət tərəfdaşıdır - Kallas
Baş psixiatrdan NAZİRƏ ŞİKAYƏT olundu
ABŞ Senatının üzvü Adam Şiff yenə həddini aşdı
Ukraynada atəşkəs yaydan əvvəl elan oluna bilər


18.08.2017  16:49 

Rusiyada azərbaycanlıların iştirakıyla dava - 150 nəfər olublar





A+  A-

Nijni Novqorodda topdansatış meyvə-tərəvəz bazarında Azərbaycan və Tacikistan vətəndaşları arasında kütləvi dava baş verib.
XəzərNews.az Rusiya KİV-nə istinadən xəbər verir ki, davada təxminən 150 nəfər iştirak edib. Konfliktə səbəb azərbaycanlı satıcı ilə özbək alıcı arasındakı dava olub. Belə ki, sonuncu avtomobilini azərbaycanlıya aid piştaxtanın qarşısında saxlayıb. Satıcı maşını həmin yerdən uzaqlaşdırmağı tələb edəndə ikili arasında dava başlayıb. Şahidlərin sözlərinə görə, özbək alıcının “azərbaycanlılar arasında kişi yoxdur” deməsi davanın daha da qızışmasına səbəb olub.

Nəticədə azərbaycanlılar alıcını döyərək bazardan qovublar. Növbəti gün özbək qisas almaq üçün bir qrup taciklə qayıdıb. Onlar bazara bir neçə maşınla, üzərlərində daş, armatur çubuqlar və bıçaqlarla gəliblər.

Dava hadisə yerinə polisin gəlməsi ilə başa çatıb.

Xəbər 1380 dəfə oxunub.



25.04.2025  11:21 

18 yaşın mübarək, Qaynarinfo!

25.04.2025  11:17 

Prezident Kaya Kallası qəbul etdi


BÜTÜN XƏBƏRLƏR +