Hafiz Həsənov ev dustağı oldu
İsmayıllıda intihar hadisəsi baş verib
Əbülfəz Səricanov DTX tərəfindən saxlanıldı
Yol polisi radara düşdü, cərimə vətəndaşa gəldi
Mövqelərimiz atıcı silahlardan atəşə tutuldu
Mövqelərimiz Keşişkənd istiqamətindən atəşə tutuldu
Seyran Səxavət Məleykə Abbaszadəyə şərt qoydu
İmamoğlu kimi itin-qurdun yanında olan... - Deputat
“Ortada hüquqi dövlət yoxdur“ - İncə
Türkiyədə tələbələr ayağa qalxdı - Video


29.12.2017  15:43 

Məmmədyarov Mamayusupovla görüşdü





A+  A-

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Türkdilli ölkələrin Parlament Assambleyasının (TürkPA) baş katibi Altınbek Mamayusupovla görüşüb.
XİN-nin mətbuat xidmətindən XəzərNews.az-a verilən məlumata görə, görüşdə tərəflər assambleyanın hazırkı və gələcək fəaliyyətinə toxunaraq üzv ölkələr arasında parlamentlərarası əməkdaşlığın genişləndirilməsi perspektivləri barəsində fikir mübadiləsi aparıblar.

Bu xüsusda, TürkPA-nın üzv dövlətlər arasında mövcud ortaq tarix, mədəniyyət və etnik bağlılıq əlaqələrinin daha da möhkəmləndirilməsi üçün mühüm platforma rolu oynadığı vurğulanıb. Habelə TürkPA-nın digər parlamentlərarası əməkdaşlığa məsul təşkilatlarla əməkdaşlığına dair müzakirə aparılıb.

Görüşdə A.Mamayusupov Azərbaycanın son illər ərzində artan nüfuzu, bir sıra mötəbər beynəlxalq tədbirlərə ev sahibliyi etməsi faktını diqqətə çatdıraraq Azərbaycanın qlobal dialoq mərkəzinə çevrildiyini bildirib.

Xəbər 1960 dəfə oxunub.




21.03.2025  11:59 

Hafiz Həsənov ev dustağı oldu


BÜTÜN XƏBƏRLƏR +