Hafiz Həsənov ev dustağı oldu
İsmayıllıda intihar hadisəsi baş verib
Əbülfəz Səricanov DTX tərəfindən saxlanıldı
Yol polisi radara düşdü, cərimə vətəndaşa gəldi
Mövqelərimiz atıcı silahlardan atəşə tutuldu
Mövqelərimiz Keşişkənd istiqamətindən atəşə tutuldu
Seyran Səxavət Məleykə Abbaszadəyə şərt qoydu
İmamoğlu kimi itin-qurdun yanında olan... - Deputat
“Ortada hüquqi dövlət yoxdur“ - İncə
Türkiyədə tələbələr ayağa qalxdı - Video


08.04.2021  12:27 

Ukraynanın şərqində gərginlik davam edir - Daha 1 hərbçi öldü





A+  A-

Ukraynanın şərqində separatçıların atəşə tutması nəticəsində bir Ukrayna əsgəri həlak olub.
XəzərNews.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri məlumat verib. Qeyd olunub ki, separatçılar gecə yarısından səhər saat 07:00-a qədər atəşkəsi beş dəfə pozublar.

Peski və Vodyanoe kəndlərinin bombalandığı bildirilib.

Qeyd edək ki, Ukrayna Silahlı Qüvvələri Baş Qərargah rəisi Ruslan Xomçak 30 martda Ali Radada çıxış edərək, Rusiyanın təlimlər keçirmək bəhanəsi ilə qoşunlarını Ukrayna sərhədlərinə çəkdiyini açıqlamışdı.

Şərqi Ukraynadakı vəziyyətin sülh yolu ilə həlli üçün üçtərəfli təmas qrupu (Ukrayna, ATƏT, Rusiya) 27 iyul 2020-ci il tarixindən Donbassda tam atəşkəs barədə razılığa gəliblər.

Xatırladaq ki, 2014-cü ildən bugünədək Ukraynanın şərqindəki qarşıdurmalar 13.000-dən çox insanın ölümünə səbəb olub.

Xəbər 2742 dəfə oxunub.




21.03.2025  11:59 

Hafiz Həsənov ev dustağı oldu


BÜTÜN XƏBƏRLƏR +