Azərbaycanlının övladları Parisdə əllərindən alınıb
Biləsuvarda ölkənin ən böyük GES-i inşa olunur
Mənzurə özündən 7 yaş kiçik oğlana ərə gedir
“28 May“da avtobuslar toqquşub
75 min müəllimin maaşı artacaq
Ukrayna Rusiyanın dron zavodunu vurdu
Hicran Hüseynova təltif olundu
Məcburi üzvlükdən söhbət gedə bilməz - Müşavir
Bilgəhdə dənizdə batan şəxs tapıldı
“BakuBus“un avtobusu tüstüləndi


08.08.2025  14:26 

“Sərxoş olub bizə işgəncə verirdilər” – Azərbaycanlı





A+  A-

Avqustun 8-də Bakı Hərbi Məhkəməsində məhkəmə prosesində ifadə verən zərərçəkmiş şəxs İdris Mirzəyev 1994-cü ilin aprel ayında Tərtər rayonunda Ermənistan silahlı qüvvələri tərəfindən əsir götürüldüyünü bildirib.

XəzərNews.az xəbər verir ki, İdris Mirzəyev əsirlik zamanı Şuşa həbsxanasında, Ağdərədə, Xankəndidə saxlanıldığını deyib. Azərbaycanın həmin vaxt Ermənistan silahlı qüvvələrinin işğalı altında olan Ağbulaq kəndində (Xocavənd rayonu – red.) donuz və toyuq fermaları tikintisi işlərinə məcburi şəkildə cəlb olunub. Əsirlik zamanı döyülüb, işgəncələrə məruz qalıb, cümlədən başında butulka sındırılıb. Aldığı xəsarətlər nəticəsində onurğa sütunu zədələnib, bu səbəbdən axsayır. “Sərxoş olub, narkotik maddələr qəbul edib bizə işgəncə verirdilər”, - deyə o bildirib.

Həbib Əliyev 1992-ci ildə Laçında həqiqi hərbi xidmətdə olarkən, döyüşlər zamanı yaralanması nəticəsində əsir götürüldüyünü söyləyib. Yaralı vəziyyətdə döyülüb, işgəncələrə məruz qalıb. Əsir əsgər yoldaşı gözləri qarşısında yandırılıb. Həbib Əliyev Əsirliyinin 1 il 8 ayını zirzəmidə saxlanılıb. 1995-ci il mayın 8-də əsirlikdən azad olunub.

Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi davam etdirilir.


Xəbər 642 dəfə oxunub.




12.08.2025  15:59 

Bakıda dəhşətli qəza baş verib

12.08.2025  13:59 

“28 May“da avtobuslar toqquşub

12.08.2025  13:07 

Orta aylıq əməkhaqqı artıb

12.08.2025  13:03 

Sabahın havası açıqlandı

12.08.2025  13:00 

Hicran Hüseynova təltif olundu


BÜTÜN XƏBƏRLƏR +