“Qurd Qapısı” restoranı bağlandı
“Toplum TV” işi üzrə məhkəmə başlayıb
Prezident sülh şərtlərini açıqladı
Starlink Azərbaycanda nəyi dəyişəcək?
Ukrayna işğal olunmuş ərazilərdən iki uşağı qaytardı
50 ABŞ senatoru Rusiyaya qarşı... - Sanksiyalar gəlir
“Körpü Bina Tikinti” MMC-nin iş sahəsində ÖLÜM
Qarabağ Azərbaycandır - Almaniya Prezidenti
“Pilot-16” da vətəndaşın evini icazəsiz sökübmüş
Turizm Agentliyində yoxlama davam edir


08.10.2020  13:38 

“Deyirlər ki, bağışlayın, güllə yoxdur, tank yoxdur” - Oqanisyan





A+  A-

Qondarma Dağlıq Qarabağ "hərbi itkiləri"nin 320 nəfər olduğunu açıqlasa da, könüllülər itkilərin daha çox olduğunu iddia edir.
XəzərNews.az xəbər verir ki, bu barədə Rusiyanın “Novaya Gazeta” qəzetinin Dağlıq Qarabağ bölgəsinə ezam olunan müxbirləri yazır. Onlar qeyd edib ki, əsgərlər silah və geyim formaları çatışmazlığı yaşayır və cəbhədəki vəziyyətin acınacaqlı olduğunu söyləyirlər.

Fransadan qanunsuz yolla Ermənistanın işğal etdiyi Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə gələn, daha sonra isə Gümrü şəhərinə qayıdan Artur Oqanisyan qəzetə açıqlamasında bunları deyib:

“Yeni gəlmişdim, sənədlərim belə yox idi, avtomat aldım və getdim. Oradakı iki qardaşımın dalınca getdim. Mən Gümrüdənəm, amma Fransa vətəndaşıyam, iki həftə əvvəl gəlmişəm”.

Daha sonra o, cənub cəbhəsində baş verənləri nəql edib: “Onlar (Ermənistan hakimiyyəti -red.) xalqı aldadır! 18 yaşlı əsgərləri bir avtomatla cəbhəyə göndərirlər. Deyirlər ki, bağışlayın, güllə yoxdur, bağışlayın, tank yoxdur. Güllə keçirməyən jiletlər tamamilə yararsızdır. Orada heç bir şey yoxdur. Yeməkdaşıyan maşın gəlir, yolun ortasına hər şeyi boşaldır. Əgər yemək istəyirsənsə, “Qrad” atəşi altında 4 kilometr piyada getməlisən. Səkkiz dostumuzla birlikdə dörd gecə gəzdik və dörd xətt boyunca özümüzə yemək daşıdıq”.

Müsahibə əsnasında qəzetin əməkdaşları digər bir hərbçi ilə söhbətləşiblər:

- Orada hər şey çox pisdir.

- Səlahiyyətli şəxslər təxminən 200 nəfərin öldüyünü söyləyirlər. Bu, doğrudurmu?

- 200 nəfər təkcə gözümün önündə, bizim xəttimizdə öldü! Və ümumilikdə minlərlə ölü var!

"Ermənistanda yuxarıda oturanlar deyirlər: “Cəbrayıl, irəli!” Amma Cəbrayıl artıq yoxdur", deyə başqa bir döyüşçü əlavə edib.

- Sizcə, bundan sonra nə olacaq?

- Bu müharibəni gördükdən sonra başa düşdüm ki, belə mübarizə aparsaq, biz hər şeyi verəcəyik.

Xəbər 4914 dəfə oxunub.




02.04.2025  13:53 

Cavidşünaslıqda yeni mərhələ

02.04.2025  13:21 

Bakının sabahkı havası - Proqnoz

02.04.2025  12:17 

Baxışımdan od al, isin!

01.04.2025  19:00 

Bakıda 100 minlik dələduzluq

01.04.2025  18:57 

Bakının axşam tıxacı - SİYAHI


BÜTÜN XƏBƏRLƏR +