Bu ərazilərdə ev tikən şəxslərə torpaq sahələri VERİLİR?
Məscidə silahla gedən şəxs həbs edildi
14 minlik dələduzluq - Saxlanılan var
320 manatdan az pensiya alanlara mühüm XƏBƏR
Sabiq hakim azadlığa BURAXILDI
Prezident Lukaşenkoya zəng etdi
“Formula-1“də mənimsənilən pullardan nə xəbər?
23 yaşlı qız qızdırma dərmanından komaya DÜŞÜB?
Azərbaycanlı fəal ETTELAAT- a ÇAĞIRILDI
Plastik cərrahlara xəbərdarlıq: Yanvarın 31-dən...


14.12.2020  10:07 

Koronavirusa görə dərmanları bahalaşdıranlara - Xəbərdarlıq





A+  A-

Koronavirus pandemiyası ilə əlaqədar dünyada olduğu kimi, ölkəmizdə də bir sıra dərman vasitələrinə tələbat artıb. Bu səbəbdən dərman vasitələrinin təsdiq edilmiş qiymətdən fərqli qiymətə satışı və əsassız dövriyyədən çıxarılmaqla dərman qıtlığı yaradılmasının vaxtında müəyyən edilməsi və qarşısının alınması məqsədilə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən aparılan monitorinqlər gücləndirilib.
Bu barədə XəzərNews.az-a Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən məlumat verilib. Bildirilib ki, mövcud qanunvericiliyə əsasən dövlət qeydiyyatına alınan dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi Tarif (qiymət) Şurası tərəfindən həyata keçirilir. İndiyədək Tarif Şurası tərəfindən 12.114 dərman vasitəsinin qiyməti təsdiq edilib: “Dərman vasitələrinin qiyməti onların ticarət adı, təsiredici maddəsi və dozası, farmaseptik forması, ticarət qablaşdırması, miqdarı, istehsalçı ölkələr üzrə müəyyən edilir. Dərman vasitələrinin üzərində onların təsdiq edilmiş qiymətləri qeyd olunmalıdır. Dərman vasitələrinin topdan və pərakəndə satışını həyata keçirən bütün təsərrüfat subyektləri bu tələblərə əməl etməlidir. Dövlət qeydiyyatından keçən dərman vasitələrinin təsdiq edilmiş qiymətdən fərqli qiymətə satışı qadağandır və bu hallara görə məsuliyyət tədbirləri nəzərdə tutulur”.

Xidmətdən həmçinin bildirilib ki, istehlakçılar dövlət qeydiyyatından keçən dərman vasitələrinin təsdiq edilmiş qiymətləri barədə məlumatları Tarif Şurasının, İqtisadiyyat Nazirliyinin və Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəsmi internet səhifəsindən əldə edə bilərlər. İstehlakçılar dərman vasitələri alan zaman qiymətlərin müəyyən edilmiş qiymətlərlə uyğunluğuna xüsusi diqqət yetirməlidirlər. Qiymətlərin düzgün tətbiq olunmaması halları ilə rastlaşdıqda, Xidmətin qaynar xəttinə (498-15-01, 498-15-04) müraciət edə bilərlər.

Aparılan monitorinqlər zamanı qanun pozuntusu halları aşkar edildiyi təqdirdə, qanunvericilikdə nəzərdə tutulmuş ciddi məsuliyyət tədbirləri görüləcək.

Xəbər 2620 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

27.01.2025  13:40 

Sabah hava necə olacaq?

27.01.2025  12:49 

Sabiq hakim azadlığa BURAXILDI

27.01.2025  12:36 

Prezident Lukaşenkoya zəng etdi

27.01.2025  10:56 

Bakıda ət bir az da BAHALAŞDI

27.01.2025  10:12 

Bugün İslam aləmində BAYRAMDIR

27.01.2025  08:51 

Sürücülərin nəzərinə!

26.01.2025  18:16 

Xəzərdə zəlzələ olub


BÜTÜN XƏBƏRLƏR +