Vatikan Zelenskiyə görə protokolu pozdu
Bu ölkələr arasında döyüşlər başladı? -VİDEO
İranda təkrar partlayış olub -VİDEO
Prezident Çinlə viza rejiminin ləğvinə münasibət bildirib
BakuBus sürücüsü piyadanı döyüb -VİDEO
Şavkat Mirziyoyev İlham Əliyevə zəng edib
“Dünəndən ev, ailə, uşaqlarla maraqlanıram“
Dünya liderləri Roma Papası Fransisklə vidalaşır
Ərdoğan gələn ay Azərbaycana səfər edəcək
Daha 3 şəxs Rusiyadan Azərbaycana ekstradisiya olundu


20.05.2017  23:39 

Sosial şəbəkə tanışlığının faciəli sonu - VİDEO





A+  A-

Bakı şəhər sakini Rafiq Məmmədov Nizami Rayon Polis İdarəsi 24-cü Polis Bölməsinə ərizə ilə müraciət edərək, bildirib ki, sosial şəbəkədə tanış olduğu Cahangir adlı şəxs evinə gələrək onu döyüb.
XəzərNews.az “ARB TV”yə istinadən xəbər verir ki, onun ciblərindən 160 manat pul, mobil telefon, sənədlər olan gödəkçəsini aparıb.
Daxil olan şikayət əsasında Nizami RPİ 24-cü Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə quldurluğu törətməkdə şübhəli bilinən paytaxt sakini Cahangir Şükürlü müəyyən edilərək saxlanılıb.
Cahangir Şükürlü – Saxlanılan şəxs: “Zəng gəldi ki, görüşək. Gedib oturub içdik, sonra evə getdik. Mənə dedi ki, 2 gün sonra görüşərik. Sonra yenə görüşdük, içdik. Mənə dedi ki, məni evə yola sal. Evə yola salanda, binalarının yanında bağ kimi yer var, mən vurdum, kurtkası cırıldı, qaçdı getdi. Mən də qaçdım”.
Qeyd edilən faktla bağlı Nizami RPİ-nin İstintaq Şöbəsində cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.



Xəbər 1341 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +