Vatikan Zelenskiyə görə protokolu pozdu
Bu ölkələr arasında döyüşlər başladı? -VİDEO
İranda təkrar partlayış olub -VİDEO
Prezident Çinlə viza rejiminin ləğvinə münasibət bildirib
BakuBus sürücüsü piyadanı döyüb -VİDEO
Şavkat Mirziyoyev İlham Əliyevə zəng edib
“Dünəndən ev, ailə, uşaqlarla maraqlanıram“
Dünya liderləri Roma Papası Fransisklə vidalaşır
Ərdoğan gələn ay Azərbaycana səfər edəcək
Daha 3 şəxs Rusiyadan Azərbaycana ekstradisiya olundu


30.01.2023  10:42 

Xəbəri olmadan evinə 17 nəfər qeydiyyata düşüb - VİDEO





A+  A-

Bakıda 4 nəfərdən ibarət ailənin yaşadığı mənzildə əlavə 17 nəfərin qeydiyyatda olduğu məlum olub. Ev sahibi həmin şəxslərin heç birini tanımadığını bildirir.

XəzərNews.az Xəzər TV-yə istinadən xəbər verir ki, bu problemlə Binəqədi rayonu, Xocəsən qəsəbə sakini Emin Hüseynov qarşılaşıb.

Onun sözlərinə görə, son dəfə 4-5 il əvvəl arayış alarkən yaşadığı Həmid Sultanov küçəsi ev 24-də yoldaşı, iki oğlu və özü qeydiyyatda olub. Amma bir neçə gün əvvəl öyrənib ki, onlardan başqa şəxslər də həmin evdə qeydiyyatdadırlar. 17 nəfərin necə və nə zaman qeydiyyata düşməsi haqqında ev sahibinin məlumatı yoxdur.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin şöbə rəisi Elşad Hacıyev məsələyə münasibət bildirib və qeyd edib ki, fakt araşdırılır.

Ev sahibindən onu da öyrəndik ki, sözügedən qəsəbədə başqa ərazilərdə də Həmid Sultanov küçəsi var. Ola bilər ki, həmin ünvanlarla Emin Hüseynovun yaşadığı mənzilin ünvanı texniki baxımdan səhv düşüb. Hər halda bu məsələ araşdırılıb, vətəndaşın evində olan əlavə 17 nəfər qeydiyyatdan çıxarılacaq.



Xəbər 967 dəfə oxunub.




25.04.2025  11:21 

18 yaşın mübarək, Qaynarinfo!


BÜTÜN XƏBƏRLƏR +