İsveçdə atışma: Həlak olanlar var
Bağ evlərinin satış və kirayə qiymətləri artıb-VİDEO
Hindistan və Pakistan arasında hərbi toqquşmalar başlayıb
Zabrat qəsəbəsində obyekt yanır - VİDEO
Bu səfirlikdə müşavir vəzifəsi təsis edildi - Sərəncam
Milyonlarla borcu olan şirkətlər bağlandı
“Ailə Park“ MTK gecələr söküntü aparır
Kommunal xidmətlər üzrə vahid abunəçi kodu yaradılır
Su altında qalan “Bağırov” körpüsü və “Kolin” şirkəti...
Lukaşenko Putinlə görüşmək üçün Volqoqrada gedib


29.05.2019  10:16 

İran prezidentinin müşaviri arvadını güllələdi





A+  A-

Tehranda İran Prezidentinin müşaviri Əli Nəcəfinin həyat yoldaşı güllələnib.
XəzərNews.az Virtualaz.org-a istinadən bildirir ki, özünün yaşadığı evdə güllələnən qadın aldığı yaralardan yerindəcə ölüb.

Əvvəlcə insidentlə bağlı ətraflı heç bir məlumat verilməyib. Yalnız o bildirilib ki, öldürülən qadın Nəcəfinin ikinci həyat yoldaşıdır.

Amma son məlumata görə, arvadını Əli Nəcəfi özü öldürüb. Faktı artıq Tehran prokurorluğu da təsdiq edib. Oradan bildiriblər ki, cütlük arasında ailə problemi olub.

İran hüquq-mühafizə orqanları prezident Həsən Ruhaninin müşaviri, Tehranın keçmiş meri Məhəmməd Əli Nəcəfini həbs ediblər. Siyasətçi arvadını güllələdiyini etiraf edib və cinayətdə istifadə etdiyi silahı polisə təhvil verib.

Nəcəfi ifadəsində bildirib ki, arvadını mübahisə zamanı öldürüb. Prokurorluğun bildirdiyinə görə Nəcəfi 5 dəfə atəş açıb, güllələrdən ikisi arvadına dəyib.

Bundan əvvəl Tehran polisi bildirmişdi ki, paytaxtın siyasi elita nümayəndələrinin və yüksək vəzifəli məmurların yaşadıqları Saadat Abad rayonunda, Nəcəfinin evində baş vermiş hadisədə onun əli yoxdur. Çünki hadisə zamanı Nəcəfi evdə olmayıb. Lakin daha sonra prokurorluq 35 yaşlı Mitra Nəcəfinin əri tərəfindən öldürüldüyünü açıqlayıb.

67 yaşlı Nəcəfi 2017-ci ilin avqustunda Tehran meri seçilmişdi, amma 2018-ci ilin martında səhhətinə görə istefa verib və prezidentin müşaviri olub. O, prezident Həsən Ruhaniyə yaxın siyasətçi hesab edilirdi. İslam respublikasında çoxarvadlılıq qadağan edilməsə də Nəcəfi ikinci arvad alanda sosial şəbəkələrdə kəskin tənqid olunmuşdu.

Xəbər 1402 dəfə oxunub.




29.04.2025  23:13 

7 ay əvvəl toyu olmuşdu...- FOTO

29.04.2025  13:33 

Sabah 21° isti olacaq


BÜTÜN XƏBƏRLƏR +